Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton İranla nüvə danışıqlarına nöqtə qoydu - Tehran uranı zənginləşdirməyə davam edərsə, nələr olacaq?..

ABŞ rəsmi şəkildə İranla nüvə sazişi ilə bağlı danışıqları dayandırdığını bildirib...

Politoloq: “ABŞ-ın İranla nüvə sazişini dayandırması gözlənilən bir addım idi. Çünki İran heç bir halda kompromisə getmək istəmirdi”.

ABŞ və İsrail İrana qarşı hibrid müharibə elan edə bilər”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ-ın rəsmi şəkildə İranla nüvə sazişini dayandırmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ rəsmi şəkildə İranla nüvə sazişi ilə bağlı danışıqları dayandırdığını bildirib. Bu qərara hansı anlama gəlir? İran uranı zənginləşdirmək də davam edərsə, ABŞ və İsrail İrana zərbə endirə bilərmi? Digər tərəfdən nüvə sazişinin baş tutmaması İrana siyasi və iqtisadi cəhətdən necə təsir edəcək?

ABŞ-İran münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “ABŞ və İsrail İrana qarşı faktiki olaraq blok yaradır. Ətraf ölkələr də bu istiqamətdə əməkdaşlığa cəlb edilir”.

ABŞ və İsrailin İrana qarşı müharibə variantına əl atmayacağına inanan politoloq PİA.az-a bildirib ki, ABŞ-ın Yaxın Şərqdə İrana qarşı blok yaratmaq cəhdi əslində bir növ Tehrana sərf edəcək:

ABŞ-ın İranla nüvə sazişini dayandırması gözlənilən bir addım idi. Çünki İran heç bir halda kompromisə getmək istəmirdi. Ümumiyyətlə, İran nüvə sahəsində ABŞ-ın şərtlərini qəbul etmir. Buna görə də tərəflər arasında razılaşmanın olmayacağı bəlli idi. Nə İran uran zənginləşdirməkdən imtina edir, nə də ABŞ İrana kompromisə getmək niyyətində deyil.

Son zamanlar İran-ABŞ gərginliyin artması, habelə İsrail-İran münasibətlərində qarşıdurma meyylərinin artması o mənaya gəlir ki, ABŞ və İsrail İrana qarşı faktiki olaraq blok yaradır. Ətraf ölkələr də bu istiqamətdə əməkdaşlığa cəlb edilir. Lakin bu o demək deyil ki, ABŞ-İsrail və bloka qoşulacaq digər ölkələr birləşib Tehrana qarşı müharibə elan edəcəklər. Çünki İran müharibə edilməsi üçün kifayət qədər təhlükəli və böyük ölkədir.

Bildiyiniz kimi hazırda İranda etiraz aksiyaları gedir. Bu aksiyalar sosial yönümlüdür və Məhsa Əmininin öldürülməsindən qaynaqlanır. Amma İrana qarşı yaradılan blok əks effekt verə bilər. Yəni ABŞ-ın və İsrailin ehtimal etdiyi kimi yox, Tehranın bir yumruq kimi birləşməsinə gətirib çıxara da bilər. Ona görə də mənhesab edirəm ki, bu blokun yaradılması bir növ İrana sərf edəcək. Çünki İranın əsas təbliğat hədəfi qərb və ərəb ölkələridir. Ona görə də İran bundan maksimum dərəcədə istifadə edəcək. ABŞ bütün bunları bilir və inanmıram ki, ABŞ-İsrail Tehrana qarşı birbaşa müharibə variantına getsinlər.

Turan Rzayev: “İranda rejimin dəyişilməsi ilə paralel İranın bölünməlidir. Ümumiyyətlə, İranın bölünməsi bir müddətdir regionda irəli sürülən versiyalardandır”.

Təbii ki, mübarizənin müxtəlif üsulları var. 20-ci əsrin əvvəllərindən də hibrid müharibələr daha çox ön plana çəkilir. ABŞ və İsrail İrana qarşı hibrid müharibə elan edə bilər. Bu da daha çox etiraz aksiyalarına veriləcək dəstəkdən irəli gələ bilər. Vaxtilə İranda xarici təsirlər nəticəsində şah rejimi dağıdıldığı kimi, indi də molla rejimin dağıdılması ağıla batan versiyadır. Hesab edirəm ki, ABŞ və İsrail İranda mövcud rejimin dəyişməsinə gedə bilərlər.

İndiki vaxtda ABŞ İran üçün iki cür plan irəli sürə bilər.

1. Əgər ABŞ-ın problemi mövcud rejimlədirsə, rejimi dəyişə bilər və əvəzində yeni, daha demokratik, özünə sadiq kukla hökumət qura bilər. Həmin hakimiyyətə də təzyiq edərək müxtəlif islahatların keçirilməsini istəyə bilər. Bunlardan biri də inzibati ərazi islahatlarıdır.

2. İranda rejimin dəyişilməsi ilə paralel İranın bölünməlidir. Ümumiyyətlə, İranın bölünməsi bir müddətdir regionda irəli sürülən versiyalardandır. Mən də bu versiyanı real hesab edirəm. Çünki İranın tərkibindən ən azından üç ölkənin çıxma ehtimalı böyükdür. Bunlardan birinci Cənubi Azərbaycandır, ikinci ahlas - Ərəb türkləridir, üçüncüsü isə bəluzlardır. Bu üç ölkənin dövlət qurması üçün həm sosial bazası mövcuddur, həm də onların tarixi keçmişlərində də dövlətçilik təcrübələri var.

Turan Rzayev: “Nüvə sazişinin baş tutmamasının iqtisadi tərəfi odur ki, ABŞ növbəti sanksiyalar paketini hazırlayacaq”.

Azərbaycanın İsraillə münasibətlərinin yüksək olması, eyni zamanda ABŞ-ın son zamanlar Azərbaycanla münasibətlərə önəm verməsi, ABŞ nümayəndələrinin tez-tez Bakıya gəlib-getməsi onu deməyə əsas verir ki, Cənubi Azərbaycan məsələsi də hazırda aktualdır və bu istiqamətdə rəsmi Bakı ilə əməkdaşlıq edilir.

Nüvə sazişinin baş tutmamasının iqtisadi tərəfi isə odur ki, ABŞ növbəti sanksiyalar paketini hazırlayacaq. Bununla da İranın mövcud iqtisadiyyatını daha da sıxışdırmaq planlaşdırılır. Hesab edirəm ki, bu real versiyadadır. Yeni sanksiyalar İranda davam edən mövcud aksiyaların miqdarını daha da artıra bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Nüvə sazişi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay