Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” qorxu strategiyası: Əlləri və ayaqları kəsmək, insanları diri-diri yandırmaq...

“Vaqner”in Mərkəzi Afrika Respublikasında strategiyası ətrafdakıları öldürmək, dinc əhalini, o cümlədən qadın və uşaqları qətlə yetirməklə “heç bir iz buraxmamaq”dır...

Poliqon xəbər verir ki, bu barədə The Economist nəşrinin araşdırmasında bildirilir. Qəzet yazır ki, “Sentry Foundation” təşkilatının “Vaqner”in komandanlığı altında olan MAR əsgərlərdən və milislərdən əldə etdiyi məlumata görə, Priqojinin muzdluları onlara işgəncə verməyi öyrədiblər. Afrikalı hərbiçilər bildirib ki, “Vaqner!çilər onlara “əlləri və ayaqları kəsmək, dırnaqları çıxarmaq, insanları boğmaq və diri-diri yandırmaq” kimi bir çox qorxu strategiyasını öyrədiblər.

The Economist qeyd edir ki, Liviya, Mali, Sudan və digər ölkələrdə müxtəlif formalarda istifadə edilən bu strategiya bir neçə cəhətdən Rusiyanın maraqlarına uyğundur. Çünki muzdluların sayının nisbətən az olması onları yerliləri öz işlərinə cəlb etməyə sövq edir və bu əslində Rusiyanın təsirini ucuz şəkildə genişləndirməyə imkan verir. Rusiya hökuməti bütün bu dəhşətlərdə iştirakını iştirakını inkar etsə də “Vaqner”ə şəxsən Putin tərəfindən dəstək verildiyi heç kimə sirr deyil və qiyamdan sonra Putin özü də Rusiya dövlətinin “Vaqner” ÖHŞ-ni maliyyləşdirdiyini etiraf edib.Hazırda isə Rusiya dövləti tərəfindən “Vaqner” muzdlularının strukturunun dəyişdirilməsi ehtimalı var. Hər şey Putinin aktivlərə necə sərəncam verməsindən və onlara nə dərəcədə nəzarət edə biləcəyindən asılıdır.

The Economist yazır ki, qrupunfəaliyyəti Rusiya və onun avtoritar müttəfiqləri üçün çox faydalıdır. Qısacası, Priqojin olmasa belə, “Vaqner” virusu hansı formada mövcuddursa, o şəkildə də yaşamaqda davam edəcək.

“Lakin hazırkı çaşqınlıq Amerikaya və bütün beynəlxalq ictimaiyyətə həm təşkilatın özünə, həm də yaradıcısına qarşı hərəkətə keçmək üçün ideal fürsət verir”, deyə The Economist yazır.

Məqalənin müəllifləri qeyd edirlər ki, ABŞ, Aİ və digər müttəfiqlər “Vaqner”in maliyyə və hüquqi cəhətdən məsuliyyət daşımasına diqqət yetirməlidirlər. Onlar qrupun biznes imperiyasını ləğv etmək üçün xüsusi koalisiya yaratmalıdırlar. Qeyd edilir ki, “Vaqner”i dəstəkləyənlərə, o cümlədən hüquqşünaslara, maliyyəçilərə qarşı sanksiyalar tətbiq etmək lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar