Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzaq uçuşlar qaraciyər xərçəngi yarada bilər

Yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər

Təcrübələr zamanı aşkar edilib ki, elmdə jetlag kimi tanınan xroniki hal qaraciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.

Jetlag - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.

Alimlər deyirlər ki, bu zaman qaraciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.

Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.

Cancer Cell onkologiya jurnalında dərc edilmiş məqalədə deyilri ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.

Baylor Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu tsiklini və maddələr mübadiləsini pozur.

Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qaraciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.

Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi. (movqe.az)

pia.az


Etiket: Qaraciyər Uçuş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Ən çox oxunanalar