Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzaq səfərə çıxan sürücülərin nəzərinə: İstirahət üçün yerlər ayrıldı

Sürücü uzaq səfərə çıxırsa, 3-4 saatdan bir avtomobili saxlamalı və istirahət etməlidir...

İsti hava şəraiti ilə bağlı uzaq yol qət etmək məqsədilə magistral yollara çıxan sürücülərin istirahəti üçün yol polis postlarında şərait yaradılıb.

Bu barədə “Trend”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

O bildirib ki, respublika əhəmiyyətli bütün avtomobil yollarındakı stasionar postlarda sürücülərə bu cür şərait təklif olunur:

“Sürücülər səfərə çıxmazdan əvvəl avtomobilin texniki sağlığına nəzarət etməlidirlər. Kondisioneri olmayan və ya işlək vəziyyətdə olmayan avtomobillərlə sürücülərin mümkün qədər günün nisbətən sərin vaxtlarında yola çıxması məsləhətdir. Hərəkət zamanı avtomobilin təhlükəsizlik kəmərlərindən təkcə sürücü deyil, avtomobildə olan sərnişinlər də istifadə etməlidirlər. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, əyləc sisteminin qəfil sıxılması və ya hər hansı toqquşma zamanı insan həyatını təhlükədən qoruyur.

Bununla yanaşı, səfərə çıxan sürücü ən azı bir sutka əvvəldən spirtli içki qəbul etməməlidir. Yuxusuz və yorğun sürücülərin yola çıxmaması məsləhət görülür. Sürücü uzaq səfərə çıxırsa, 3-4 saatdan bir avtomobili saxlamalı və istirahət etməlidir. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarındakı Baş Dövlət Yol Polisinin stasionar postlarında şərait yaradılıb. Hər bir sürücü bu şəraitdən istifadə edə bilər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar