Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ürəyin təmiz olması kifayətdirmi?

Tez-tez insanlar arasında belə bir ifadəyə rast gəlirik "ürəyim təmizdir, ibadət etmək nəyə lazımdır?!"

Bunu deyən adam Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir. Həmin adama belə bir sual vermək olar: "Ürəyinin təmiz olmasını haradan bilirsən?" və ya "ürəyini nə ilə təmizləmisən?"

Adətən həmin adam: "Mən heç kəsə paxıllıq etmirəm, heç kəsə qarşı pislik etmirəm!" - deyir. Şübhəsiz ki, paxıllıq etməmək və heç kəsə pislik etməmək ürəyin təmiz olmasından irəli gəlir. Lakin qeyd etmək lazımdır ki, təkcə müəyyən pis əməllərdən çəkinmək ürəyin təmiz olması üçün kifayət etmir. Allahın peyğəmbəri Muhəmməd Allahın Ona salavatı və salamı olsun! buyurmuşdur: "Hər şeyin bir təmizləyicisi vardır. Ürəyin təmizləyicisi isə Uca Allahı zikr etməkdir..." Bəzi adamlar günah deyildikdə yalnız pis işlər görməyi nəzərdə tuturlar, halbuki, namaz qılmaq, oruc tutmaq, zəkat vermək kimi buyurulan əməlləri tərk etmək də günah əməllərdən hesab olunur.

Hətta islam alimləri buyurulan əməlləri tərk etməyin qadağan edilən əməllərdən daha böyük günah olduğunu söyləmişlər. Həmçinin Uca Allah buyurur: "Günahlardan təmizlənən isə uğur qazanmışdır. O kəs ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır" (əl-Əla surəsi 14, 15 - ci ayələr). Deməli təkcə müəyyən pis əməlləri tərk edib ürəyin təmiz olmasını iddia etmək doğru deyildir. Beləliklə, ürəyin günahlardan təmizlənməsi Allahı xatırlamaq, namaz qılmaq və digər Allahın buyurduğu ibadətləri yerinə yetirməklə, habelə Onun qadağan etdiyi əməlləri tərk etməklə mümkün olur.(zikr.az)

pia.az


Etiket: İbadət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar