Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unun qiymətinin artması bu məhsulları da bahalaşdıracaq - Ekspert

"Rəqəmlər göstərir ki, Azərbaycanın bir ildə xaricdən 1 milyon 300 min ton taxıl almağa ehtiyacı var. Özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Xarici bazarlarda qiymətin dəyişməsi isə Azərbaycana da təsir göstərir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, əsas məsələlərdən biri daxili istehsalın artırılmasıdır:

"Çünki, yerli buğda istehsalı ehtiyaclarımızın cəmi 30 faizini görürür, 70 faizini isə xaricdən alırıq. Əsas istiqamət bu olmalıdır ki, Azərbaycan özünü əmtəəlik buğda ilə təmin etsin. Bunun üçün şərait var. Həmçinin, işğaldan azad olunmuş torpaqların iqtisadiyyata qazandırılması yolu ilə bu sahədə istehsalı artırmaq mümkündür. Bu qiymət artımının digər məhsullara necə təsir edəcəyinə gəlincə, undan hazırlanan məhsulların, şirniyyat, makaron, vermeşil və s.-nin qiymətində yaxın zamanlarda artım gözlənilir. Artımın 30-35 faiz səviyyəsində olması ehtimalı var".

Ekspert qeyd edib ki, rəqabətli mühit təsis olunan ölkələrdə süni qiymət artımı mümkün deyil:

"Süni qiymət artımı varsa, demək ki, rəqabətlə bağlı problemlər var. Dövlət orqanları bu rəqabətsizlik mühitinin aradan qaldırılması üçün çalışmalıdır. Rəqabət olan yerdə süni qiymət artımı olmaz. Bizdə inflyasiya çox sürətlə gedir. Ötən ilin rəsmi rəqəmləri yaxın vaxtlarda açıqlanacaq. Amma 2021-ci ilin 11 ayının nəticələrinə görə, ərzaq inflyasiyası 14,8 faizə yaxınlaşıb. Bu, son illərin ən çox rəsmi inflyasiya göstəricisidir. Reallıqda ərzaq məhsullarının sürətlə artdığı görünür".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar