Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrynada “Lotu Quli”nin adamları saxlanıldı

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib

 

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ələ keçirilən şəxslər azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamları olub.

Məlumata görə, biznesmen Nikolay D.-yə qarşı soyğun ötən ilin dekabrın 13-də baş verib. Latviya nömrəli “Mersedes” avtomobilində biznesmenə yaxınlaşan 4 cinayətkar odlu silahdan ona atəş açıblar və 700 min qriven, həmçinin 23 min dollar ələ keçirərək gizləniblər.

Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Axtarış zamanı dəstənin üç üzvü yaxalanıb. Onlara aid xeyli silah, həmçinin İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovanın 300-dən çox pasportu ələ keçirilib.

Qeyd edilir ki, Lotu Qulinin klanı Ukrayna kriminal “bazar”ında nəzarəti ələ keçirməyə çalışır.

Bununla yanaşı, zərərçəkən özü də daha əvvəl hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. O, saxta pul vəsaitlərinin hazırlanması, saxlanılması və alqı-satqısında ittiham edilir. Hazırda onun cinayət işinə Odessa məhkəməsində baxılır. Axtarış zamanı ondan xeyli sayda saxta dollarlar götürülüb.

pia.az


Etiket: “Lotu Quli”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar