Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin İordan çayının qərb sahilində İsrailin böyük əməliyyatını gözləyir

Fələstin hakimiyyəti İsrailin İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyat keçirəcəyini proqnozlaşdırır...

Poliqon xəbər verir ki, bunu “RİA Novosti” Agentliyinə müsahibəsində Fələstin lideri Mahmud Abbasın beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi Riyad əl-Maliki deyib.

Maliki qeyd edib ki, İsrail qüvvələri artıq İordan çayının qərb sahilinə doğru irəliləyir və onun fikrincə, “genişmiqyaslı əməliyyat” tamamilə mümkündür.

“Biz bunu mütləq gözləyirik. Bu qorxuların təsdiqləndiyinin hər bir əlamətini görürük. Amma inanıram ki, belə bir vəziyyət baş verərsə, biz çox yaxşı hazırıq. Aydındır ki, xalqımız müqavimət göstərəcək, qalacaq və Fələstin torpağında öz varlığı üçün mübarizə aparmağa çalışacaq”, deyə əl-Maliki vurğulayıb.

Fələstin rəsmisi həmçinin əlavə edib ki, İordan çayının qərb sahilindəki şəhərlərə, kəndlərə və qaçqın düşərgələrinə hərbi müdaxilələrin sayı getdikcə artır.

Xatırladaq ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində İsrail tərəfindən sökülən fələstinlilərin evlərinin sayının iki dəfə artdığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar