Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban”dan qadınlara yeni qadağalar

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı  qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, 114 səhifədən ibarət qəbul edilmiş yeni qanunlarda rejim Əfqanıstan vətəndaşları üçün gündəlik həyatı tənzimləyən sərt tədbirləri elan edib.

"Taliban" hərəkatının ali lideri Hibətullah Axundzadə tərəfindən təsdiq edilən qanunlarda deyilir ki, bütün qadınların ictimai yerlərdə bədənlərini tam örtməsi, əsasən isə üz örtüyü məcburidir.

Yeni qaydaların 13-cü maddəsində bildirilib ki, geyim nazik, dar və ya qısa olmamalıdır. Bunlara riayət edilməməsi həbslə nəticələnə bilər.

Həmçinin qadınların qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxması qadağan edilib.

Xatırladaq ki, "Taliban" qruplaşması 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar