Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Dnepr şəhərinə humanitar ərzaq yardımı göndərilib - Foto

Bu gün Ukraynanın Dnepr şəhərinə humanitar ərzaq yardımı göndərilib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova APA-ya bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə 1000 tondan artıq humanitar yardım dost Ukraynaya göndərilib və bir çox dövlət, eləcə də ictimai strukturlar bu xoşməramlı aksiyaya qoşulublar.

"Onların arasında səfirliyimiz də var", - Elmira Axundova deyib.

O, bu məsələdə iki tanınmış şirkətdən kömək istədiklərini diqqətə çatdırıb: "Bu şirkətlərin rəhbərliyinə təşəkkürümü bildirirəm, onların sayəsində hər biri bizə 10 ton çeşiddə gec xarab olan qida məhsulları təqdim etdi. Biz bu 20 ton ərzağı Dnepr şəhərinə göndərmək qərarına gəldik, çünki hazırda o, Mariupol, Xarkov, Severodonetsk və digər şəhərlərdən on minlərlə qaçqını qəbul edən humanitar xaba çevrilib. “W&E forward” logistika şirkəti yükü təyinat yerinə təmənnasız çatdırmağı öhdəsinə götürdü, bizi yük maşını ilə təmin etdi, buna görə onlara çox minnətdarıq.

Bundan əlavə, yerli iş adamlarından biri bizə Xarkov şəhəri üçün 10 tondan çox yüksək keyfiyyətli makaron məmulatları çatdırdı. Azərbaycan səfirliyi bu humanitar yardımı vaxtaşırı humanitar yardım karvanları təşkil edən Ukrayna səfirliyinə göndərib. Bizim tərəfdən humanitar yardımın toplanması davam etdiriləcək”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar