Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada müharibə nə vaxt bitəcək? - Zelenski açıqladı

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Ukraynanın bütün ərazilərini və insanlarını geri qaytarmasından sonra başa çatacaq.

PİA.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri ilə onlayn görüş zamanı deyib.

"Mən açıq deyirəm: Bizə çox şey lazım deyil... Biz dövlətimizə, torpağımıza sülhü qaytarmaq istəyirik. Rusiya bir-bir əlimizdən bütün hüquqlarımızı aldı: Torpaq hüququmuzu, seçmək hüququmuzu və nəhayət, indi də növbə yaşamaq hüququmuza gəlib çatıb”, - deyə dövlət başçısı bəyan edib.

O izah edib ki, danışıqlar yalnız o baxımdan aparıla bilər ki, Rusiya öz qərarlarının yanlışlığını və fəlakətli xarakterini anlasın, həmçinin Ukraynada törədilən cinayətlərin cəzasını çəkməyə hazır olsun.

Prezident vurğulayıb ki, Ukrayna şəhər və kəndlərində, eləcə də Buça, İrpen və Mariupolda olduğu kimi rusiyalı hərbçilərin törətikləri vəhşiliklər üzə çıxdıqca onlarla danışıqlar aparmağa həvəs azalır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar