Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusunda xidmət edən qadınların sayı bəlli olub

Bu gün Ukrayna Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən və ya müəyyən kateqoriyalar üzrə səfərbərlik çərçivəsində cəlb olunan qadınların sayı təxminən 45 min nəfərdir...

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynadan olan analitik Svetlana Kuşnir bildirib.

O, qeyd edib ki, yeni qanun layihəsinin yaratdığı imkanlara görə, təbii ki, qadınların sayı daha çox olacaq: "Ölkəmizdə 10 ildir müharibə gedir. Ukraynanın müstəqilliyi uğrunda canlarından keçənlər əvəzedilməzdir. Onların sayı çoxdur. Biz istərdik ki, müharibə mümkün qədər tez bitsin. Bu, təkcə Ukraynanın deyil, bütün dünyanın məsələsidir. Ukrayna isə döyüş təcrübəsini nəzərə alaraq müəyyən təhlükəsizlik konfiqurasiyasını təklif edir. Bu gün ordumuz döyüş əməliyyatlarında elə təcrübəyə malikdir ki, dünyanın bir çox ordusunda bu təcrübə yoxdur. Bu gün ölkədə qadınların sayı kişilərlə bərabərdir", - deyə Kuşnir vurğulayıb.

Onun sözlərinə görə, hərbi komissarlıqlar qadınları qeydiyyata almağa hazırdırlar: "Xüsusən də müəyyən kateqoriyalar olduğu üçün, məsələn tibb və ya kibertəhlükəsizlik sahəsində təhsili olanlar, əslində müqavilə ilə hərbi qulluqçu ola bilərlər. Qadınlar üçün səfərbərlik və Ukrayna silahlı qüvvələrində xidmət könüllüdür. Qadınlarımızın gücü və potensialı çox böyükdür. Onlar bunun öhdəsindən gələ bilərlər", - o, əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Ən çox oxunanalar