Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna cəbhədə eyni vaxtda iki istiqamatdə irəliləyib

Ukrayna qoşunları cümə axşamı Zaporojye vilayətində Rabotino yaxınlığında və Baxmut (Donetsk vilayəti) yaxınlığında uğur qazanıblar...

Poliqon xəbər verir ki, bu barədə hərbi analitiklər geolokasiya edilmiş videolara əsaslanaraq bildiriblər.

Məlumata görə cümə axşamı Ukrayna Silahlı Qüvvələri Verbovoy istiqamətində (Zaporojye vilayətinin Rabotino yaxınlığında) hücumunu davam etdirərək uğur qazanıb. Bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib. Analitiklər bu qənaəti cəbhədən geolokasiya edilmiş kadrlar, eləcə də yanmış ağacları göstərən peyk şəkilləri ilə təsdiqləyiblər. Analitiklər ilin sonuna qədər Ukrayna əks-hücumunun növbəti uğurlarını gözləyirlər.

Xəritədə cəbhədəki vəziyyəti əks etdirən “DeepStape” layihəsinin məlumatlarında isə bildirilir ki, Ukrayna Rabotinonun şərq istiqamətində 1 kv km ərazini nəzarətə götürüb. OSINT analitiki Def Mon yazır ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın əks-hücumlarına baxmayaraq, yavaş-yavaş, lakin əminliklə Rabotino yaxınlığında irəliləməyə davam edir. ETH Sürix hərbi akademiyasının əməkdaşı Markus Koipp isə qeyd edib ki, Rusiya artilleriyasının Ukrayna Silahlı Qüvvələrinin qarşısını almaq iqtidarında deyil.

“Ya Ukrayna faktiki olaraq Rusiya artilleriyasını zərərsizləşdirib, ya da Rusiyanın kifayət qədər döyüş sursatı yoxdur”, deyə Markus Koipp yazıb.

ISW məlumatları da Ukrayna qüvvələrinin Kleşçeevkanın şimal-qərbində (Baxmutdan 7 km) irəlilədiyini göstərir. Geolokasiya edilmiş videoda Rusiya ordusunun birbaşa Kleşçeevkadan geri çəkildiyi də göstərilir. Hərbi Laboratoriya qeyd edib ki, hazırda kəndin 80%-i Ukraynanın nəzarəti altındadır və onun şimal hissəsi “boz zona”dır. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə irəliləyişini rusiyayönlü “WarGonzo” teleqram kanalı da təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təfərrüatları dəqiqləşdirmədən Ukrayna ordusunun Rabotino və Verbovoydakı uğurları, həmçinin Baxmuta hücumun davam etdirilməsi barədə məlumat verib. Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi bu istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin hücumlarının dəf edilməsi barədə məlumat verib.

Qeyd edək ki, avqustun sonunda Ukrayna qoşunları Zaporojye vilayətində Rabotino yaxınlığında “Surovikin xətti”nin birinci müdafiə baryerini keçə biliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar