Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ancaq 2025-ci ildə yeni əks-hücum əməliyyatına başlaya bilər...

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, rusların bu il iki şərq bölgəsini ələ keçirməyə gücü yoxdur...

Polqon xəbər verir ki, bu barədə Amerikanın The Wall Street Journal qəzeti yazır.

Nəşr qeyd edir ki, Rusiyanın Avdeyevkanı ələ keçirməsi hərbi münaqişənin dinamikasının dəyişməsinin ən bariz əlamətidir. Cümə axşamı Ukrayna artıq geri çəkilməyə başlayanda verdiyi müsahibədə Kirill Budanov say və silah baxımından geridə qalan Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyətdə olduğunu etiraf edib. “Amma Rusiyanın da problemləri var”, deyə Ukrayna hərbi kəşfiyyatının rəhbəri vurğulayıb.

Budanovun fikrincə, nizami rus ordusu hərbi qarşıdurmanın ilk ilində əsaslı şəkildə məhv edilib, ona görə də indi Moskva təlim keçməmiş çağırışçıları intiharçı hücumlarına məruz qoyur. Həmçinin Budanovun fikrincə Rusiya ordusu hərbi sənayenin istehsal edə biləcəyindən daha çox artilleriya mərmisi istifadə edir. Kəşfiyyat rəhbəri qeyd edib ki, son həftələrdə Rusiyanın təchizatları quruduğundan Ukrayna şəhərlərinə raket hücumları dayanıb.

Budanov bildirib ki, Rusiya üçün bu il Donetsk və Luqansk vilayətlərinin bütün şərq rayonlarını işğal etmək kimi əsas strateji məqsədinə nail olmaq çətin olacaq. “Onların bunun üçün gücləri yoxdur”, deyə Budanov qeyd edib.

WSJ yazır ki, Qərb rəsmiləri və analitikləri Budanovun fikrini 2024-cü ildə Ukrayna üçün optimal ssenari hesab edirlər. Əgər Kiyev rus qüvvələrini zəiflədərək, eyni zamanda gücünü bərpa edə bilsə, 2025-ci ildə Ukrayna zəifləmiş düşmənə qarşı yeni əks-hücum əməliyyatına başlaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ən çox oxunanalar