Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda 50 başdan çox iribuynuzlu heyvan tələf olub - Foto, Yenilənib

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub...

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Səhər örüşə gedən 200 başdan yuxarı iri buynuzlu heyvanda heç bir xəstəlik müşahidə olunmayıb. Axşam saat 16 radələrində örüşdən qayıdan heyvanlarda ölüm baş verib. Yol boyu heyvanlar təxminən aralarındaki məsafə 10-15 metr olmaqla hələlik dəqiqləşməyən sayda tələf olublar.

Gecə saatları olması səbəbindən ölmüş heyvanların sayının dəqiqləşdirilməsi hələlik mümkün deyil. Kənd sakinlərinin dediyinə görə, 50 başdan yuxarı inək tələf olub. Onlar heyvanlarının qəsdən zəhərlənərək öldürüldüklərini ehtimal edirlər.

Hazırda hadisə yerində rayonun baytar həkimləri ölmüş heyvanlardan nümunələr götürür, xəstə heyvanlara zəruri yardımlar göstərirlər. Ölmüş heyvanlar isə ağır texnikalar vasitəsi ilə basdırılır. Tələf olmuş heyvanların dəqiq sayı və ölüm səbəbi araşdırmalardan sonra məlum olacaq.

***

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olublar.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb. Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında örüşdən qayıdan 50 başdan yuxarı heyvan tələf olub.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar