Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü

Misir fironu Tutanhamonun (e.ə. 1332-1323) sərdabəsini açan arxeoloqların müəmmalı ölümü bu gün də elm adamlarını düşündürür

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tutanhamonun məzarı 1922-ci ildə Houard Karter tərəfindən kəşf edilib. Sərdabə 1972-ci ildə Londonda, ardınca ABŞ-da sərgilənib, daha sonra isə Qahirə muzeyinə gətirilib.

Tutanhamonun sərdabəsi ilə bağlı hazırlanan "Tomb of the Boy King" adlı sənədli filmdə məzarı açan 22 arxeoloqun bir neçə il ərzində müəmmalı şəkildə öldüyündən bəhs edilir. Bunun bir lənət səbəbindən baş vermiş olacağı ehtimal edilir.

Sərdabəni kəşf edən Karterin bir dəlikdən məzarın içinə baxıb, "Möhtəşəm şeylər görürəm" dediyinə dair də məlumat var. Məzara ilk girən Karter təxminən 5 ay sonra 56 yaşında ölür. Karterin öldüyü gün Misirin paytaxtı Qahirədə elektrik tamamilə kəsilir. Lakin qəribə hadisələr bununla bitmir. Amerikalı milyoner Corc Cey Qould da sərdabəni ziyarət etdikdən qısa müddət sonra dünyasını dəyişir. Məzara baxan ilk arxeoloqlardan biri Coel Volf da az sonra komaya girərək ölür. Beləliklə, sərdabəyə daxil olan 22 nəfərin hamısı 1929-cu ilə qədər dünyalarını dəyişirlər.

Bunun hansısa lənət səbəbindən ola biləcəyi düşünülsə də, daha inandırıcı açıqlamalar da var. Tarixi faktlar göstərir ki, qədim Misirdə səhiyyə çox inkişaf etmişdi və misirlilər zəhərləmə ilə bağlı dərin biliklərə sahib idilər. Bu səbəbdən sərdabəyə girən şəxslərin zəhərlənmiş ola biləcəkləri düşünülür. 1949-cu ildə alim Luis Bulqerini sərdabənin içində uran maddəsinin ola biləcəyinə dair fərziyyə irəli sürüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Ən çox oxunanalar