Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Çin mafiyası Avropanın ən böyük fahişəxanası hesab edilən "Pasha"nı satın alıb...

Poliqon xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

1970-ci illərin bu çəhrayı binası, 11 mərtəbə hündürlüyündə Köln şəhərinin şimalında yerləşir. Bina fahişəxana kimi tikilib. Əvvəlcə "Eros Mərkəzi", indi "Pasha" adlanır. 2021-ci ildə orada təmir işləri aparılıb, bina pullu seks üçün əraziyə, striptizlə gecə klubuna və otelə bölünüb. Transseksuallar üçün ayrıca mərtəbə ayrılıb. Seks zonasına yalnız 18 yaşdan yuxarı kişilər buraxılır, giriş 5 avrodur. Qalan pullar birbaşa orada işləyən qadınlara ödənilir.

Bir cinsi əlaqə təxminən 50 avroya başa gəlir. Fahişələr otaq kirayələmək üçün 160 avro, təmizlik üçün isə daha 40 avro ödəyirlər. Beləliklə, hər gün ən azı dörd müştəri lazımdır. Strip bara giriş 20 avroya başa gəlir və orada qadınlara da icazə verilir. Özəl rəqs, bir stəkan şampan və ikinci içki olan paket 170 avroya başa gəlir və 20 dəqiqə davam edir. Oteldə bir gecə 199 avrodur.

"Bild"in məlumatına görə, fahişəxana 46 yaşlı Çin vətəndaşı tərəfindən rekord məbləğə - 11 milyon avroya alınıb. Alman müstəntiqləri onun arxasında çinli qaçaqmalçıların, mafiozların və hətta casusların olduğundan şübhələnirlər. İddialara görə, onlara pulların yuyulması və ya məlumat verənlərin cəlb edilməsi üçün fahişəxana lazım ola bilər.

"Pasha"nın real qiyməti 5-6 milyon avro qiymətləndirilir. İndi alman polisi çinlilərə əxlaqsızlıq yuvası niyə lazım olduğunu araşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar