Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

“Hacıbaba Bağırov mənim doğma əmimdir. Düzdür, bizim soyadlarımız müxtəlifdir. O, mənim nənəmin birinci nikahdan olan oğludur. Bizim çox səmimi, isti münasibətlərimiz olub”...

Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib.

O, daha sonra əlavə edib:

“Hətta onu deyim ki, Hacıbaba müəllim mənim xətrimi çox istəyirdi. Elə bir tədbiri, xeyir işi olmazdı ki, mən ora dəvət olunmayım. Mən onun 6 yaşından tamaşaçısı olmuşam. Hacıbaba müəllimin xalası, yəni nənəmin bacısı ilə gedib birlikdə baxırdıq. 2004-cü ildə mənə “Əməkdar incəsənət xadimi” adı veriləndə səhər tezdən məni ilk təbrik edən Hacıbaba müəllim olmuşdu

“Şirbalanın məhəbbəti” filminin ərsəyə gəlməsi də Hacıbaba müəllimin adı ilə bağlı idi. O zaman Sovet ittifaqı dağılırdı. Biz “Söyüdlərin sarı işığı” adlı filmin çəkilişlərinə başlamışdıq. Filmi yarım saxladılar. Çünki SSRİ Kinematoqrafiya komitəsi maliyyəni dayandırdı. Filmin təxminən 70 əməkdaşı işsiz qaldı. O anda bizə Hacıbaba müəllim kömək etdi. Mən ona dedim ki, pis vəziyyətdə qalmışıq. Dedi ki, mənim sponsorum var, gəl mərhum Rüfət Əhmədzadənin “Şirbalanın məhəbbəti” pyesini ekranlaşdıraq. Biz bunu etdik, 45 günə həmin film çəkildi. Bizlərə çörək verdi. Bu gün də o film sevilir, hamı bu filmə baxır. Çünki orada çox gözəl aktyorlar, ələlxüsus da Hacıbaba müəllim var. O adi aktyorlardan tez gəlirdi çəkilişlərə. Rolunun ifasına hər zaman hazırlıqlı idi. Bu filmi tənqid edənlər də oldu. Burada çox gözəl mahnılar səslənib. Cavanşir Quliyev çox gözəl mahnılar bəstələmişdi. Həmin mahnıları sonradan görkəmli müğənnilərimiz ifa etdi. Bu filmin özünəməxsus yeri var. Hacıbaba müəllim işsiz qaldığımız illərdə bizə kömək etdi, yardım əlini uzatdı. Onu xatırlayarkən hər zaman kövrəlirəm. Çünki mənə doğma olan biri idi, qayğıma qalırdı”.

 
Sənətkar “Alma almaya bənzər” filminin çəkilişlərindən də danışıb:

“Alma almaya bənzər” filminin çəkilişlərinə məni rejissor Arif Babayev dəvət etdi. O bizim qonşumuz idi. Biz İçərişəhərdə yaşayırdıq. Atamla dostluq edirdi. Həmişə məni görəndə deyirdi ki, səni filmə çəkəcəyəm. Günlərin bir günü məni “Alma almaya bənzər” filminə çəkdi. Təsadüf elə gətirdi ki, bu filmdə baş rollardan birini Hacıbaba Bağırov oynadı. Biz Qubada bir yerdə qonaq evində qalırdıq. Hacıbaba müəllim bu filmdə də mənə çox dəstək oldu. Uşaq idim, amma dəstəyini hiss edirdim. Sevindim ki, doğma bir insanı gördüm. Onu hər zaman böyük məhəbbətlə, sevgiylə, hörmətlə xatırlayıram”.

Cəmil Quliyev Hacıbaba Bağırovla son görüşünü də xatırlayıb:

“Son günlərində xəstəxanaya yanına tez-tez gedirdim. O, artıq çox ağır vəziyyətdə idi. Yoldaşı Arzu xanım bir anlıq otaqdan çölə çıxmışdı. Gözlərində həyata bir məhəbbət, sevgi var idi. O sadəcə mənə dedi ki, bir qızımdan nigaranam, bir də heyif ki, daha səhnəni görə bilməyəcəyəm. Mən ona dedim ki, sən sağalacaqsan, hər şey yaxşı olacaq. Gülümsündü. Dedi ki, sən get, bir az yatım. Evə çatanda artıq mənə xəbər verildi ki, Hacıbaba müəllim rəhmətə getdi. Yenidən qayıdıb gəldim evlərinə. Övladına görə çox nigaran idi. Səhnəyə böyük məhəbbəti var idi. Rəhmətə gedəndə də hiss olunurdu ki, o səhnədən həsrətlə ayrılır”.

Poıiqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar