Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli ekspert: Azərbaycan müharibədən alnıaçıq çıxıb

Qarabağ müharibəsi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycanın ilk dəfə irəliyə doğru addım atdığı müharibədir. Bu addımı gələcəyə doğru davam etdirməyə məcburuq...

"Report" xəbər verir ki, bunu təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Abdullah Ağar "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Onun sözlərinə görə, müharibə xalqın odla imtahanıdır: "Azərbaycan bu imtahandan alnıaçıq çıxıb. 2-ci Qarabağ müharibəsinin necə çətin bir müharibə olduğunu bilirəm. Bu müharibə sadəcə Azərbaycan və Türkiyə üçün yox, həm də bəşəriyyət üçün çox dəyərlidir. Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir".

Türkiyəli ekspert, həmçinin ABŞ-nin İraq və Əfqanıstanla olan münasibələrindən də danışıb. Onun sözlərinə görə, ABŞ-nin bu ölkələrdəki işğal faktının əsas məqsədi enerji mənbələrinə hökmranlıqdır.

"Bu, bir tərəfdən də ABŞ-nin Çin və Hindistan kimi rəqiblərinə qarşı üstünlük kimi təqdim edilib. ABŞ Prezidenti isə bunu müqəddəs müharibə hesab edirdi", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ İkinci Dünya müharibəsindən sonra qayda əsaslı dünya sistemi qurduğunu iddia edir: "Amma qayda əsaslı dünya sistemini ABŞ öz əlləri ilə Qəzzada, Suriyada, Ukraynada dağıtdı. Konseptual güc, Qəzzada da olduğu kimi, siyasi həll yolu yarada bilməz. ABŞ bunun fərqindədir, ona görə də problemi həll etməyə çalışır, amma edə bilmir. Burada böyük bir anlayış, siyasi, təhlükəsizlik və iqtisadi boşluq yaranacaq. Bəs bu boşluğu kim aradan qaldıracaq? Çinin bunu həyata keçirə biləcəyini güman etmirəm. Çin yaşamını güc və mənfəət üzərində qurub. Beynəlxalq sistemin təməli mənfəət olmamalıdır, hüquq və ədalət olmalıdır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar