Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə mənfi təsirləri olacaq? - Samir Şərifov açıqladı

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir...

Bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

"Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik", - deyə o əlavə edib.

Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.

Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.

"Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir", - deyə Samir Şərifov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.

Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay