Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə sel və torpaq sürüşməsi: 45 kəndə ciddi ziyan dəyib

Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində 45 kəndə ciddi ziyan dəyib. Hazırda bu vəziyyətdən zərər çəkən vətəndaşlara dövlət yardımının verilməsinə başlanılıb

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu hadisə yerini ziyarət edərkən bildirib.

M.Güllüoğlu baş vermiş təbii fəlakət zamanı itkin düşənlərdən beş nəfərin cəsədinin artıq tapıldığını, 3 və 7 yaşlı iki uşağın tapılması üçün isə axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib. O, axtarış-xilasetmə işlərinə 300-dən çox texnikanın və 700 canlı qüvvənin cəlb olunduğunu qeyd edib.

Xatırladaq ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində Türkiyənin Düzce şəhərinin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib.

Təbii fəlakət nəticəsində minlərlə hektar əkin sahəsi yararsız hala düşüb, 170 minə yaxın ev heyvanı tələf olub. Hadisə nəticəsində 75-i ağır olmaqla 375 binaya zərər dəyib. Yüz ev isə tamamilə dağılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ən çox oxunanalar