Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə əmlak alan azərbaycanlıların sayı artıb

Bu ilin iyul ayında Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 124,3% artaraq 229 357-yə yüksəlib.

"Report" bu barədə Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir. Bu ölkədə xaricilərə cəmi mənzil satışları keçən ilin eyni ayı ilə müqayisədə iyulda 34,6% azalaraq 2 741 olub.

Belə ki, bu ilin iyul ayında Türkiyədə xariciləən çox ev alan İran vətəndaşları olub ki, hesabat dövründə onlar 540 mənzil satın alıblar. Sıralama da İranı İraq (388), Rusiya (154), Əfqanıstan (149), Almaniya (143) və Azərbaycan (115) vətəndaşları izləyib. Qeyd edək ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil almışdılar.

Məlumata görə, hesabat dövründə ən çox mənzil satılan bölgələr sıralamasında 39 432 mənzillə İstanbul (ümumi bazadakı payı 17,2% olub) birinci yerdə qərarlaşıb. Onu 26 885 mənzillə Ankara (ümumi bazadakı payı 11,7%) və 15 614 mənzil satışı ilə İzmir (ümumi bazadakı payı 6,8%) izləyib.

Eyni dövrdə ən az mənzil satılan bölgələr isə Hakkari (19), Ardahan (30), Şırnak (74) olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında əcnəbilərə satılan mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% azalaraq 17 003-ə enib.Yeddi ay ərzində azərbaycanlılar Türkiyədə 546 mənzil alıblar. 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu say 623 mənzil idi. (Report.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay