Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ruslara yaşamaq icazəsi verməkdən kütləvi şəkildə imtina edir...

Yaşayış müddətinin uzadılması Türkiyəyə köçən rusların əksəriyyəti üçün ən ağrılı məsələyə çevrilib...

"Rusiya vətəndaşları Türkiyədə yaşamaq üçün turist icazəsinin alınması və ya müddətinin uzadılması zamanı problemlərlə üzləşiblər. Müraciətlərin 90%-i rədd edilir. Vəziyyət kütləvidir".

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın The Moscow Times nəşri yazır.

Nəşr qeyd edir ki, "praktiki olaraq bütün regionlarda yaşayış icazəsindən imtina faizi kəskin artmağa başlayıb və yaşayış müddətinin uzadılması Türkiyəyə köçən rusların əksəriyyəti üçün ən ağrılı məsələyə çevrilib".

Yerli idarələr yaşayış icazəsini yeniləmək üçün daha çox sənədlər tələb edir, məsələn, Türkiyə banklarındakı hesablarında aylıq çıxarışlar istənilir. Eyni zamanda, üç nəfərlik ailənin gəliri ayda ən azı 2000 dollar olmalıdır. Əvvəllər turistik yaşayış icazəsi almaq üçün mənzil kirayəsi müqaviləsi və yerli sığorta polisindən arayış göstərmək kifayət idi.

Türk viza məsləhətçisinin jurnalistlərə verdiyi məlumata görə, indi problem kütləvi xarakter alıb və Türkiyənin bütün böyük şəhərlərində müşahidə olunur, baxmayaraq ki, hər bir şəhərin sənədlər üçün öz tələbləri ola bilər. Hazırda bir çox rusiyalı turist icazəsi əvəzinə, daşınmaz əmlak almaq yolu ilə başqa növ yaşayış icazəsi almaqla problemdən çıxmağa çalışır.

Ancaq bu cür seçimlər hər kəs üçün mümkün deyil. Türkiyədə daimi yaşayan bir çox rus Rusiyaya qayıtmağa məcbur olmalarından və ya başqa ölkələrə köçmək zərurətindən şikayətlənirlər.

"Keçən il ruslar bu bazarın 1/4-ni tutaraq, əcnəbilər arasında Türkiyədə ən çox daşınmaz əmlak alıcısı oldular. Onlar Türkiyədə 16 mindən çox əmlak alıblar. Bu, əvvəlki illə müqayisədə üç dəfə çoxdur. Ruslara verilən yaşayış icazələrinin sayı 153 minə çatıb ki, bu da Türkiyədəki bütün xarici vətəndaşlar arasında rekord göstəricidir”, deyə nəşr yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar