Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Rusiyaya Təl-Rifatın təslim edilməsi ilə bağlı vaxt verib

Rusiya rəsmiləri Türkiyənin quru əməliyyatının qarşısını almaq üçün Suriya hərbiçilərini və PKK döyüşçülərini Suriyanın şimalındakı Təl-Rifat şəhərindən geri çəkilməyə inandırmağa çalışır…

PİA.az xəbər verir ki, bu barədə Türkiyə rəsmiləri Əl-Cəzirə telekanalına bildiriblər. Rusiya tərəfi hərbi əməliyyata alternativ olaraq Suriyanın şimalında Türkiyənin tələblərini yerinə yetirmək üçün səy göstərir. Türkiyə rəsmisi əlavə edib ki, Ankara YPG-nin Menbic, Kobani (Ayn əl-Ərəb) və Tal Rifat şəhərlərindən çıxarılmasını şərt olaraq ortaya qoyub.

Türkiyə həmçinin YPG-nin tərkibində olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) əvəzinə Əsəd rejiminin qüvvələrinin bəzi sərhəd bölgələrinə qaytarılmasına razıdır.

Xatırladaq ki, Təl-Rifat Türkiyə və Əsəd qüvvələri arasında sıxışdırılmış strateji mövqeyinə görə əhəmiyyətlidir və Türkiyə hərbiçilərinə bir çox hallarda məhz burdan hücumlar edilir. Ankara isə bu hücumlara görə YPG-ni günahlandırır.

Qeyd edək ki, ötən həftə Middle East Eye nəşri də xəbər vermişdi ki, Türkiyə yaxın günlərdə YPG-nin Təl-Rifatdan çıxarılması ilə bağlı Rusiya ilə razılaşma əldə etməyə çalışır.

Əl-Cəzirə mənbələrinin məlumatına görə, Ankaranın şərtlərinə əməl etmək üçün Moskvaya vaxt verilib. Əgər bu vaxt ərzində Rusiya adekvat addımlar atmazsa, o zaman Türkiyə ordusunun quru əməliyyata başlaması qaçınılmaz olacaq.

Əl-Ərəbi əl-Cədid qəzeti isə Türkiyə ordusunun Suriyanın şimalındakı əməliyyatının mərhələli şəkildə həyata keçiriləcəyini də yazır. Birinci mərhələ yaxın günlərdə başlaya və Təl-Rifat ərazisini əhatə edə bilər.

Hücum daha sonra kürdlərin çoxluq təşkil etdiyi Kobani və tarixən daha çox ərəblərin yaşadığı Mənbiçə keçəcək.

Əl-Ərəbi əl-Cədid nəşrinin iddiasına görə, Türkiyə qüvvələri Təl Rifata hücuma hazırlaşmaqda davam edir, həmçinin Suriya rejiminin əsas dəstəkçisi olan Rusiya ilə məsləhətləşmələr aparır.

Qəzetin mənbələrinə görə, Təl-Rifatla bağlı Türkiyə-Rusiya razılaşmalarının tamamlanacağı təqdirdə YPG və Əsəd qüvvələrinin ərazidən çıxarılacağı gözlənilir. Eyni zamanda Türkiyənin dəstəklədiyi suriyalı üsyançılara ərazini ələ keçirməyə hazırlaşmaq əmri verilib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın çərşənbə axşamı bildirib ki, Ankara quru əməliyyatının tarixini açıqlamayacaq.

“Bu, sabah, gələn həftə və ya istənilən vaxt ola bilər”, deyə Kalın bildirib.

“Əməliyyatlar müxtəlif üsullarla həyata keçirilə bilər. Bu əməliyyatlar istənilən vaxt edilə bilər. Keçmişdə necə olubsa, gələcəkdə də belə davam edəcək”, deyə Türkiyə prezidentinin sözcüsü əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay