Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İsveçdən konkret tələbləri yerinə yetirməsini istəyir...

TBMM sədri Kurtulmuş: Türkiyə NATO-ya daxil olmamışdan əvvəl İsveçdən konkret addımlar gözləyir...

Türkiyə parlamentinin sədri Neoman Kurtulmuş bildirib ki, Stokholm terrorla mübarizə ilə bağlı konkret öhdəlikləri yerinə yetirməyincə Türkiyə İsveçin NATO-ya üzvlüyünə razılıq verməyəcək.

Poliqon xəbər verir ki, bu barədə Neoman Kurtulmuş TRT-yə danışıb.

“İsveçin NATO üzlüyünün təsdiqlənməsi üçün konkret addımlar lazımdır və bu, Türkiyənin ədalətli tələbidir. Əks halda biz müraciəti təsdiq etməyəcəyik”, deyə Türkiyə parlamentinin spikeri bildirib.

Eyni zamanda Türkiyə parlamentinin sədri qeyd edib ki, terrorla mübarizə haqqında qanunun qəbulu Ankarada müsbət qarşılanır.

“Türkiyə İsveçdən tələb edir ki, Ankaranın separatçı və terrorçu hesab etdiyi PKK-ya yardımı qınasın və dayandırsın”, deyə Neoman Kurtulmuş vurğulayıb.

Xatırladaq ki, iyunun 21-də İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Türkiyə parlamenti Stokholmun NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyə başlamalıdır, çünki ölkə bütün öhdəliklərini yerinə yetirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay