Türkiyənin İğdır əyalətinin İranla sərhəddə yerləşən Aralıq rayonundakı sərhəd məntəqəsinin terrorçu PKK qruplaşması tərəfindən raket atəşinə tutulması nəticəsində bir hərbçi şəhid olub, iki hərbçi yaralanıb
Məlumatı İHA agentliyi yayıb.
Yaralı hərbçilər İğdırdakı dövlət xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Atəş açaraq, bölgədən qaçan terrorçuların zərərsizləşdiriliməsi istiqamətində əməliyyat keçirilir.(virtualaz.org)
pia.az