Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Transxəzər Nəqliyyat Marşrutu üzrə yeni tariflər müəyyənləşdiriləcək


Qazaxıstanın paytaxtı Astanada "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib


PİA.AZ Trend-ə istinadən bildirir ki, toplantıda "Azərbaycan Dəmir Yolları"QSC , "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu və dəniz daşınmaları ilə məşğul olan rəsmiləri iştirak ediblər.

Tədbirdə "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında, Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə, bu istiqamətə yük axınının cəlbinin zəruriliyi vurğulanıb.Eyni zamanda rəqabətə davamlı tariflərin müəyyənləşdirilməsi məsələsi də müzakirə predmeti olub.

Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar