Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın hakim qarşısına çıxacağı tarix bəlli oldu

Keçmiş ABŞ prezidenti Donald Trampın məhkəməsi 20 may 2024-cü ildə başayacaq.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidentinin məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunduğu iş üzrə məhkəmənin tarixi hakim Aileen M.Kannon tərəfindən 20 may 2024-cü il olaraq təyin edib.

Trampın vəkilləri 2024-cü il prezident seçkiləri ilə əlaqədar məhkəmə prosesinin seçki tarixindən sonraya təxirə salınmasını tələb etsələr də, hakim bu tələbi rədd edib.

Tramp tərəfi seçki prosesi zamanı məhkəmənin ədalətli olmayacağını iddia etsələr də, ittiham tərəfinin fikrincə, hazırda Respublikaçı namizədlər arasında açıq fərqlə liderlik edən Tramp seçkilərdə qalib gələrsə, o, prezidentlik səlahiyyətlərindən istifadə edərək özünü bu işdən azad edə və ya Ədliyyə Nazirinə bu işi ləğv etdirə bilər.

Donald Trampın Floridadakı evinə 8 avqust 2022-ci il tarixində səhər saatlarında FTB agentləri tərəfindən "məxfi sənədlər"in araşdırılması üçün basqın edilib.

Basqını və ona qarşı aparılan araşdırmaları "siyasi" adlandıran Tramp xüsusi olaraq Mar-a-Laqodakı evindən götürülmüş sənədlərin "müstəqil arbitr və ya xüsusi hakim" tərəfindən baxılmasını istəyib.

Trampa qarşı aparılan "məxfi sənədlər" və "Konqresdə 6 yanvar reydi" araşdırmalarında xüsusi ekspert təyin edilən keçmiş baş prokuror Cek Smit keçmiş prezidentin Ağ Evdəki vəzifəsindən gedərkən özü ilə məxfi sənədləri aparmaqda və bununla bağlı federal təhqiqatlara mane olmaqda ittiham edib.

Xatırladaq ki, Tramp bundan əvvəl aprelin 4-də 2016-cı il prezident seçkiləri zamanı bir qadına "susmaq payı" olaraq pul verməkdə ittiham edilərək Nyu Yorkda hakim qarşısına çıxmışdı.

Poliqon.info


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranla sərhəddə həlak olan mayor başçının əmisi oğludur

Toyda qardaşın hərəkəti gündəm oldu - gəlinin arxasınca... - Video

Ağır qəza: biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var- Yenilənib, Foto

Həştərxanda Rusiyanın yeni nəsil qırıcısı vurulub

""Uşaqpulu verilsin!" demək asandı, sənəd, FAKT qoyun ortaya..."

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara xəbərdarlıq - Bank kartınızın məlumatları oğurlana bilər

Ermənistan müxalifətinin lideri kütləvi itaətsizlik aksiyalarına çağırıb

Ən çox oxunanalar