Tovuz rayonunda məktəblini avtomobil vurub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əbulbəyli kənd məktəbinin önündə baş verib.
Kənd sakini, 9 yaşlı R.Sadıqovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
pia.az