Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tomas de Vaal: Yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını görmürəm...

Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, vəziyyət bir il əvvəl olduğu kimidir...

Poliqon xəbər verir ki, bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı və Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistanın News.am portalında yayımlanan “Güc Faktoru” verilişində bildirib.

“Ermənilərin Qarabağı itirməsi və ermənilərin oradan qaçması böyük hadisədir, lakin mən Ermənistan-Azərbaycan müqaviləsi məsələsində yeni bir şey görmürəm. Yeganə keçən həftə Bakıda əsir götürülmüş ermənilərin azad edilməsi ilə bağlı birgə bəyanat və Ermənistan tərəfinin Azərbaycanın ÇNL-29-da sədrliyinə razılıq verməsidir. Bu, vəziyyəti qismən stabilləşdirəcək. Azərbaycan nüfuz və möhtərəmliyi sevir, ona görə də bu, Bakının problemin güc yolu ilə həlli imkanlarını bir qədər azaldır”, deyə ekspert vurğulayıb.

Eyni zamanda, Tomas de Vaal qiymətləndirməsinə görə iki ölkə arasında həddən artıq problemlər qalmaqdadır və Qərb formatı praktiki olaraq fəaliyyətsizdir.

“Mən yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını görmürəm. Eyni zamanda, beynəlxalq təzyiqlərə baxmayaraq, yeni Ermənistan-Azərbaycan müharibəsi təhlükəsi həmişə mövcuddur. Bu qərar əslində bir nəfərdən - Əliyevdən asılıdır”, deyə ekspert əlavə edib.

Müsahibəsində Tomas de Vaal regional kommunikasiyaların açılmasını ən aktual məsələ adlandırıb.

“Bu elə bir haldır ki, kommunikasiyaların açılması hər kəs üçün faydalı görünür. Amma indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəbdir və mən nəticə əldə etmək üçün lazımi konsensus görmürəm”, deyə Tomas de Vaal qeyd edib.

Karnegi Fondunun mütəxəssisi Ermənistanla sərhədin açılması Türkiyənin dövlət maraqlarına uyğun olduğunu vurğulayıb.

“Qarsla Gümrü arasında və daha sonra Ermənistandan keçməklə Naxçıvana və Azərbaycanın əsas hissəsinə, oradan da Xəzər dənizinə dəmir yolu xəttinin bağlanması Türkiyənin dövlət maraqlarına uyğundur, amma görünür, Ərdoğanın şəxsi maraqları da var”, deyə ekspert bildirib.

Gümrü və Sünikdən keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağı da mühüm sual olduğunu qeyd edən Tomas de Vaal hesab edir ki, hazırkı situasiya “qaranlıq əhvalat” kimi görünür.

“Erməni tərəfi artıq Ermənistanda Rusiyanın varlığını istəmir, Azərbaycan isə əksinə, Naxçıvana gedən yolda Rusiya təhlükəsizlik qüvvələrinin mövcudluğunda israrlıdır”, deyə de Vaal hesab edir.

Moskva ilə Bakı arasında Rusiyanın Sünikdə yeni varlığı müqabilində Qarabağdakı mövcudluğunu itirməsi ilə bağlı sövdələşmə olubmu, sualına cavab olaraq Tomas de Vaal bildirib ki, bu məsələdə hələ də nəticə əldə etmək mümkündür, lakin müvafiq konfiqurasiya lazımdır:

“Bu məsələdə Moskva, İran, Türkiyə, Qərb, ErmənistanAzərbaycan arasında konfiqurasiya olmasını vacib edir. Ancaq mən burada da irəliləyiş görmürəm və irəliləyiş olmasa, yeni müharibə variantı güclənir. Eyni zamanda, mən şəxsən düşünmürəm ki, Azərbaycan bütün Süniki ələ keçirməyə cəhd etsin”, deyə politoloq qeyd edib.

De Vaalın fikrincə, söhbət şantajdan və ya Moskva və Ankaranın köməyi ilə İravana təzyiq şəklində hədədən gedir ki, Ermənistan höküməti təklif olunan variantla razılaşsın.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar