Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tixanovskaya 15 il koloniya cəzası verilib...

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib...

Minsk məhkəməsi Belarus müxalifətinin lideri və prezidentliyə keçmiş namizəd Svyatlana Tixanovskayanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

Poliqon.info xəbər verir ki, bu barədə Belarusun BelTA Dövlət Agentliyi məlumat yayıb.

Tixanovskaya hakimiyyəti ələ keçirməyə cəhddə, ekstremist birləşmə yaratmaqda, Belarusa qarşı sanksiyalara çağırışda, habelə sosial nifrət və nifaq salmağa yönəlmiş hərəkətlərdə təqsirli bilinib.

Belarus müxalifətinin digər lideri, keçmiş mədəniyyət naziri Pavel Latuşko 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mariya Moroz, Olqa Kovalkova və Sergey Dylevski hər biri 12 il həbs cəzası alıb.

İş üzrə təqsirləndirilən şəxslərin hamısı xaricdədir.

2020-ci ilin avqustunda Belarusda prezident seçkiləri keçirildi və MSK Aleksandr Lukaşenkonu qalib elan etdi. Belarus müxalifəti rəsmi nəticələrlə razılaşmayıb və seçkilərə az qalmış həbs olunan müxalifətçi bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixonovskayanın seçkidə qalib gəldiyini iddia edib. Ölkədə yüz minlərlə belarusun iştirak etdiyi iri miqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar bir neçə ay davam edib və hakimiyyət tərəfindən zorla yatırılıb. Bir çox etirazçı koloniyalara göndərilib və ya Belarusu tərk etməyə məcbur edilib.

Svetlana Tixanovskaya seçkilərdən dərhal sonra - avqustun 11-də ölkəni tərk edib. O, bunu təzyiq altında etdiyini iddia edib.

2021-ci ilin dekabrında Qomel məhkəməsi Sergey Tixanovskini yüksək rejimli koloniyada 18 il müddətinə azadlıqdan məhrum edib. Digər müxalifət lideri, Tixanovskayanın silahdaşı Mariya Kolesnikova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar