Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibbi şprislər haqqında bilmədiklərimiz - Foto

Şpris necə seçilməlidir?...

Şpris tibdə ən tez-tez istifadə olunan vasitələrdən biridir. Şpris sözü alman dilindən olan Spritze sözündən yaranıb (spritzen alman dilində "sıçratmaq" deməkdir). İlk birdəfəlik şpris 1956-cı ildə əczaçı Kolin Mördok tərəfindən hazırlanıb.

Bilmək lazımdır ki, şprisin düzgün seçimi dərmanın yeridilməsi prosesini daha rahat və ağrısız edir. Şpris necə seçilməlidir?

PİA.az saglamolun.az-a istinadən bildirir ki, şprislər 2 və 3 komponentli olur. 2-komponentli şprislər silindr və porşendən, 3-komponentli isə silindr, porşen və rezin sıxışdırıcıdan ibarətdit.

2-komponentli şpris

3-komponentli şpris

Bu rezin sıxışdırıcı porşenin silindrin içində daha yumşaq hərəkətini təmin edir ki, nəticədə inyeksiya daha ağrısız olur. Həmçinin 3-komponentli şprislərdə dərman preparatının şprisdən sızması riski daha azdır. Bu xüsusilə qatı yağlı preparatların yeridilməsi zamanı vacibdir. AvropaABŞ-da əksər hallarada məhz 3-komponentli şprislərdən istifadə olunur.

Şprislər həmçinin iynənin birləşməsinə görə də seçilir. Şprislərin bir hissəsində iynə şprisə taxılır, digərlərində isə burulub bağlanır. 2-ci növ şprislər daha ehtibarlı sayılır. Bəzən çox qatı dərman yeridildikdə taxılan iynə çıxa bilər, lakin burulub bağlanan iynələrdə bu mümkün deyil.

Taxılan iynə ilə şpris

Burulub bağlanan iynə ilə şpris

Şprislərin həcmi 0,3 ml başlayaraq 150 ml qədər olur. Ən kiçik şprislər 0,3; 0,5: 1 ml-dir.

"İnsulin" şprisi

Bu şprislərin özəlliyi ondan ibarətdir ki, onların iynəsi çox nazik olur və porşenə bitişik olur. Belə şprisləri "insulin" şprislər də adlandırırlar. Onlar həqiqətən insulinin yeridilməsi, allegologiyada dərialtı sınaqlar zamanı və 1 yaşa qədər olan uşaqlarda istifadə oluna bilər.

Ən tez-tez istifadə olunan şprislər 2, 5, 10 və 20 ml-lik şprislərdir.

Dərialtı inyeksiyalar üçün 2 ml, əzələ inyeksiyaları üçün 5 ml, damardaxili iynələr üçün 10-20 ml-lik şprislərdən istifadə olunur. Bəzən ev şəraitində iynə vuranda şprisin komplektdə olan iynəsini daha nazik iynəyə dəyişdirirlər. Məsələn, 5 ml-lik iynəni çıxardıb 2 ml-lik iynə taxırlar. Mütəxəssislərin fikrinə görə, bu düzgün deyil və bunu etmək olmaz.

Şprislərin yararlıq müddəti 3 ildən 5 ilə qədər ola bilər. Yararlıq müddəti keçən şprislərdən istifadə etmək olmaz.

pia.az

Fotolar




Etiket: Şprislər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Ən çox oxunanalar