Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The New York Times” Trampın növbəti seçkilərdə mütləq uduzacağını yazdı

“2020-ci ildə keçiriləcək prezident seçkiləri öncəsində hələ ki hansısa intriqadan bəhs etmək çətindir. Lakin səsvermənin nəticəsi indidən bəllidir”

Belə bir iddia “The New York Times” qəzetinin köşə yazarı, Kristofer Nyuport universitetini siyasi elmlər üzrə professoru Reyçel Baytkoferin yazısında yer alıb. Müəllifin fikrincə, amerikalıların siyasi davranışında baş verən dəyişikliklər seçkilərin nəticələrini qabaqcadan bilməyə imkan verir.

Ekspert siyasi elektoratın davranışında daha bir xüsusiyyətə-“qarşı tərəfə nifrət” faktoruna diqqət yetirməyi məsələhət görür. Bu cür seçicilər hansısa namizədi və ya partiyanı onlara olan rəğbətlərindən dolayı deyil, müxalif gördüyü şəxs və ya təşkilata hədsiz nifrətinə görə dəstəkləyir. Baytkofer bu cür situasiyanın Demokrat partiyasına daha çox sərf etdiyini düşünür. Bütün bunlar onların 2018-ci ildə, parlament seçkilərində qazandığı uğurlarını 2020-ci il prezidentt seçkilərinə daşıyacağını göstərir.

Amerikalı professor Donald Trampın seçki yarışı öncəsində öz elektoral əsasını artırmaqla bağlı cəhdlərinin qarşı tərəfi də gücləndirəcəyini bildirib.

“Tramp administrasiyasından gələn qorxu ilə hərəkət edən seçicilər demokratların əsas özülünü təşkil edir. Bunlar hazırkı prezidentin qalib gəlməsindən sonra peyda olublar və Donald Tramp vəzifədə qalana qədər öz mövcudluqlarını qoruyub saxlayacaqlar”,- deyə məqalənin sonunda yazılıb. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Ən çox oxunanalar