Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Rəcəbov 30 min dollar üçün mübarizəyə başlayır

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün onlayn Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə start verəcək.

Oxu.Az xəbər verir ki, bu mərhələ çərçivəsində keçiriləcək yarış “Opera Yuro Rapid” turniri adlanır.

Təcrübəli qrossmeyster ilk oyun günündə beş şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Matias Blübaum (Almaniya), Sem Şanklənd, Leynyer Dominqes (hər ikisi ABŞ), Yan-Kşıştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu şahmatçılardan başqa, dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Din Lijen (Çin), Hikaru Nakamura, Vesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Aniş Qiri (Niderland) və Vidit Qucrati (Hindistan) də turnirdə yarışacaq. Yarışın ən reytinqli şahmatçısı Maqnus Karlsen (2881), ən aşağı reytinqlisi isə Matias Blübaumdur (2562). Teymur bu göstəricidə 11-cidir (2758).

3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq. 9-10 fevralda 1/4 final, 11-12 fevralda yarımfinallar və 13-14 fevralda finallar oynanılacaq.

Yarışın mükafat fondu 100 min dollardır. Qalib 30 min, ikinci yerin sahibi 15 min dollar qazanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsi olan “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub və 60 min dollara sahib çıxıb. Bu səbəbdən də Rəcəbov hazırda 91 xalla 19 şahmatçının olduğu turnir cədvəlinə rəhbərlik edir.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar