Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyindən məktəblilərlə bağlı açıqlama

“Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”...

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil: “Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.

İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: “Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsillərini bitirə bilsinlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

İşdən çıxarılan icra başçısının mülkləri…

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar