Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran qiyamının digər tərəfi: Yoxsul qadınlar

Rejimin nümayişləri əngəlləmək üçün səylərini artırmasına baxmayaraq, İranlı qadınlar etirazların mərkəzindədirlər və hələ də meydanları tərk etməyiblər…

The Independentturkish, 14 noyabr, 2022-ci il

İranlı qadınlar arasında iş yerindən qanunsiz qovulma, qeyri-qanuni işlətmə, köçkünlük, evsizlik, fahişəlik, intihar, narkomaniya, qadınlara sosial zərər vurmaq kimi problemlər günü-gündən artır. Bunlar onu göstərir ki, ölkədə yoxsulluğun qadınlaşması fenomeni günü-gündən artmaqdadır.

Sentyabrın 16-da İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmininin “geyim qaydalarına” tabe olmadığı üçün polis tərəfindən saxlanılılması və sonra öldürülməsindən sonra etirazlar artmaqda davam edir. O vaxtdan indiyə kimi elə bir gün olmayıb ki, iranlı kişilər və qadınlar ölkənin müxtəlif bölgələrində küçələrə, meydanlara, universitet və məktəblərdən küçələ axışıb etiraz etməsinlər. Əmininin ölümünə qəzəb və kədərlə başlayan etirazlar İran rejiminə qarşı nümayişlərə çevrilib.

“Qadın, Həyat, Azadlıq”, “İslam Respublikasını məhv edin” və “Diktatora ölüm” kimi şüarlar iranlıların, xüsusən də gənclərin qəlbində baş verənlərin bəlkə də ən yaxşı sübutudur. Etirazlar təkcə İranla məhdudlaşmır. Bütün dünyada diqqəti çəkən şəkildə həmrəylik kampaniyaları gedir.

Ötən ilin sentyabrında Mahsa Aminin öldürülməsindən sonra Twitter-də مهسا_أميني# həştəqi ilə yazılan tvitlərin sayı 80 milyonu ötüb. Bu həştəqdən bir çox siyasətçilər, sənətçilər və digər nüfuzlu şəxslər istifadə ediblər.

Hadisələrin ikinci ayında nümayişlər İranın Şiraz, Bəlucistan, Senendaj və turizm adası Kiş kimi ən mühüm şəhər və əyalətlərinə yayılıb. Ali dini lider Əli Xamneyinin yandırılmış şəkilləri demək olar ki, hər nümayişdə zərurətə çevrilib.

İfadə azadlığı və İran qadınları

Rejimin nümayişləri əngəlləmək üçün səylərini artırmasına baxmayaraq, İranlı qadınlar etirazların mərkəzindədirlər və hələ də meydanları tərk etməyiblər.

Bu etirazların “qadın üsyanı” adlandırılması dünyanın İrandakı qadın haqları hərəkatına maraqla baxdığının göstəricisidir. Bu da böyük beynəlxalq tədqiqat mərkəzlərini və beynəlxalq təşkilatları etirazlara dəstək verməyə sövq edib.

İyul ayından bəri İranda qadınlar hicablarını çıxararaq rejimə qarşı çıxırlar. Sosial media platformalarında “çadraya yox” kampaniyasına start verilib.

Bu vəziyyət rejimi kəskin addımlar atmağa təhrik edir. İran hakimiyyəti ictimaiyyəti ölüm hökmləri ilə hədələyir.

Sosial şəbəkələrdə iranlı qadınlara qarşı “əxlaq polisi”nin repressiyalarını əks etdirən videolar yayılıb. İranın daxili işlər naziri buna cavab olaraq, “Polis sosial normaları pozanlarla məşğul olacaq və düşmənlərin cəmiyyətdə təxribat və atmosferi çirkləndirmək üçün fəaliyyət göstərməsinə imkan verməyəcək” deyib. Bundan əlavə, İran ordusunun “İdeoloji və Siyasi Rəhbərlik Təşkilatı”nın rəhbəri Abbas Məhəmməd Hüsni qadınların məcburi hicaba qarşı etirazlarına cavab olaraq deyib ki: “Əgər düşmənin yumşaq savaşına qarşı ilk pərdə olan hicab və iffət yox olarsa, digər pərdələrimizi də itirəcəyik”.

İranlı qadınların etirazlarda iştirakı təkcə bu son nümayişlərlə məhdudlaşmır. Qeyd edək ki, iranlı qadınlar molla rejiminə qarşı istənilən etiraz hərəkatında həmişə ön sıralarda olurlar.

Mühacirətdə yaşayan iranlı jurnalist Məsih Əlinejad 2014-cü ildə sosial şəbəkədə yaradılan “Mənim Gizli Azadlığım” hərəkatını təsis edib. Onun məqsədi qadınları hicablarını çıxarmağa və şəkil çəkdirməyə təşviq etməklə İranda azadlığı müdafiə etmək olub. Bu, bir çox iranlı qadınları hicabsız videolarını və küçələrdə təzyiqə məruz qaldıqları digər videolarını yayımlamağa vadar edib. O vaxtdan hicabın ləğvi İranda hakim rejiməqarşı müxalifətin simvoluna çevrilib.

Yoxsulluq: etirazların digər tərəfi

Böyük Britaniyada çıxan “Financial Times” qəzetinin 11 oktyabr 2022-ci il tarixli “İranda gənclərin etirazları qocalmaqdan əziyyət çəkən rejimi sarsıdır” başlıqlı xəbərdə “qəzəbin” arxasında ölkədəki yoxsulluq dayandığı qeyd olunurdu. Məqalədə aşağıdakı ifadələr yer alırdı:

İranda gənc qadın polis nəzarətində öldürüldükdən sonra iranlı gənclər, kişilər, qadınlar və universitet tələbələri təhlükəsizlik qüvvələrinə qarşı qeyri-adi etiraz dalğasında iğtişaşlar törədirlər. Dünya cəsur qadınların çadralarını çıxarıb ictimai yerlərdə yandırmasının şahidi oldu, çünki onların itaətsizliyi ümummilli dəstək dalğasına və müxtəlif qrupların birləşməsinə səbəb oldu.

İslam Respublikasındakı həyatdan başqa heç nə bilməyən və internet əsrində böyüyən gənc nəsil dini idarəçiliyin əsas xüsusiyyətlərini rədd etməkdə ciddi qərarlılıq göstərir. Kişilər və hətta bəzi dini qruplar da Qərbin sanksiyaları və xroniki bərbad idarəçilik ucbatından əhalinin 30 faizinin yoxsulluq həddinin altında yaşadığı bir ölkədə vətəndaşların məyusluğunu qəzəbə çevirərək bütün İranı bürüyən etirazları dəstəklədiklərini bildiriblər.

İran 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ-ın yenidən tətbiq etdiyi sanksiyalara görə boğucu iqtisadi böhran yaşayır. İranın sənaye sahəsində ixtisaslaşmış “Cahane Sanat” qəzeti ötən ilin avqustunda “50 ilin səhvi” başlıqlı xəbər dərc edib. Cahane Sanatın xəbərinə görə, İranda yoxsulluq səviyyəsi 1979-cu ildən bəri üç dəfə artıb.1979-cu ildə iranlıların təxminən 20 faizi yoxsulluq həddinin altında idisə, 1988-ci ildə bu rəqəm 40 faizə yüksəldi. 2021-ci ildə yoxsulluq həddində yaşayan əhalinin nisbəti təxminən 52 faizə çatıb. Bu il ölkədə cəmiyyət üzvlərinin təxminən 60 faizi yoxsulluq həddindən aşağı düşüb və əksəriyyəti həddindən artıq yoxsulluq içində yaşayır.

İranda iğtişaşlar dövrü olan 2017-ci ilin sonu və 2018-ci ilin əvvəllərində Tehranın tanınmış politologiya professoru Sadiq Zibaqələm müsahibəsində aşağıdakı ifadələrdən istifadə etmişdi:

“Əgər bu gün İranın İslam Respublikası olması ilə bağlı referendum keçirsəydi, əhalinin 70 faizdən çoxu buna qarşı çıxardı. Bu faizə zənginlər, alimlər, ruhanilər, kənd və şəhər sakinləri daxildir”.

İslam Respublikası səfalət içində

İran dövlət xəbər agentliyinin 2022-ci il mayın 6-da verdiyi məlumata görə, İranın Şura Məclisinin Şuralar və Daxili İşlər Komitəsinin üzvü Məhəmməd Həsən Əsferi 9 milyon iranlı ailənin yoxsulluq həddinin altında yaşadığını bildirib.

İbrahim Rəisi hökumətində Kooperasiya, Əmək və Rifah Nazirliyinin 2021-ci ilin avqustunda dərc edilmiş ilk hesabatına əsasən, İranda yoxsulluq həddinin altında yaşayan insanların sayı 2020-ci ildə 36 milyon nəfərə çatıb. Bundan əlavə, müavini Şihab Nadiri 2017-ci ildə İran cəmiyyətinin 80 faizinin yoxsulluq həddinin altında yaşadığına diqqət çəkib. London Universitetinin Şərq və Afrika Araşdırmaları İnstitutunun Beynəlxalq Münasibətlər və İnkişaf Araşdırmaları üzrə mütəxəssisi 2019-cu ilin iyul ayında “İran islam inqilabı 40 ildən sonra vədlərini yerinə yetirdimi?” adlı məqalsində yazırdı:

“İnqilab monarxiyanın qeyri-bərabər inkişaf modelindən imtina məzlumları müdafiə edən islami marksist düşüncəsi çərçivəsində başlandı. Sonrakı 40 ildə İslam Respublikasının sosial-iqtisadi göstəriciləri ilə bağlı kəskin mübahisələr yarandı. Bəziləri islamçı rejim dövründə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini iddia edərkən, digərləri isə ölkəni səfalət içində batmış kimi təsvir etdi.

İranın son dörd onillikdə irəliləyiş əldə etdiyinə şübhə yoxdur. Lakin bu uğurların inqilabdan sonrakı siyasətlər, ictimai təzyiqlər, yoxsa şahın qoyduğu təməllər ilə bağlı olduğuna dair mübahisələr hələ də davam edir. İnqilabdan əvvəlki dövrdən fərqli olaraq, bu gün iranlıların əksəriyyəti əhalinin demək olar ki, iki dəfə artdığı və ölkənin böyük hissəsinin şəhərləşdiyi bir vaxtda əsas xidmətlərdən və infrastrukturdan istifadə edir”.

İranda 25-30 milyon insan yoxsulluq həddinin altında yaşayır

Eynilə, sosial inkişafın digər göstəricilər də yaxşılaşdı. Xüsusilə qadınlar arasında savadlılıq səviyyəsi iki dəfədən çox artmışdı. İndi demək olar ki, bütün əhali savadlıdır. Digər tərəfdən, kollecdəki qız tələbələrin sayı on ildən artıqdır ki, kişi həmyaşıdlarını üstələyir. Amma statistika da göstərir ki, mütləq yoxsulluq kəskin şəkildə azalıb. Bununla belə, iranlıların əksəriyyəti hələ də sosial-iqtisadi zəiflikdən əziyyət çəkir. Rəsmi mənbələr 12 milyon insanın mütləq yoxsulluq həddində, 25-30 milyon insanın isə yoxsulluq həddindən aşağıda yaşadığını bildirir. Lakin hesablamalar göstərir ki, iranlıların üçdə biri və işçilərin 50-70 faizi yoxsulluq həddindən aşağı düşmək riski altındadır.

Antropoloq Şəhram Hürevinin “İranın digər yarısı” kimi təsvir etdiyi fəhlə sinfinin həyat şəraiti diqqəti çəkir. Son illər gecəqondu məhəllələrində yaşayan iranlıların sayı 17 dəfə artıb və işçi qüvvəsinin 50 faizi yalnız qeyri-qanuni işlərdə çalışır. Təxminən 10-13 milyon iranlı “sağlamlıq, məşğulluq və ya işsizlik sığortası proqramlarından tamamilə kənarlaşdırılıb”. İranın kənd infrastrukturu, təhsil və savadlılıq sahəsində nisbi uğurları və iş yerləri yaratmaması siyasi cəhətdən partlayıcı sosial-iqtisadi münaqişəyə səbəb olub. İranın iş bazarı yüz minlərlə universitet məzununu işlə təmin edə bilmir. Bu ziddiyyət “orta sinif kasıbını” üzə çıxardı.

Sosioloq Asəf Bayat orta sinif kasıbını orta sinifin keyfiyyətlərinə və istəklərinə malik, lakin sosial və iqtisadi kövrəklikdən əziyyət çəkən təbəqə kimi müəyyən edir. Bu qrup 2017-2018-ci illər inqilabının sosial əsası hesab olunur. Onun qəzəb və məyusluğunu ifadə etməyə davam edəcəyi gözlənilir.

İranda yoxsulluğun qadınlaşdırılması

İranın müxalif Milli Müqavimət Şurasının internet saytının məlumatına görə, “yoxsulluğun əsas səbəbi iranlı qadınlar arasında işsizliyin getdikcə artmasıdır”. Diktatura rejiminin insanlara, o cümlədən qadınlara qarşı düşmənçilik siyasəti nəticəsində bu vəziyyətin daha da ağırlaşdığı bildirilir. Ona görə də biz İranda yoxsulluğun qadınlaşması fenomeni ilə qarşılaşırıq. Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasına (ESCWA) görə, yoxsulluğun qadınlaşması getdikcə pisləşən və daha təhlükəli bir fenomendir. Söhbət həm də yoxsulluğun özünəməxsus təbiətindən, yəni qadınları yoxsulluq dövriyyəsində tələyə salan institusional maneələrdən gedir. Bu, daha çox ailə başçısı olan qadınların sayının artması ilə əlaqədardır. İran cəmiyyətində baş verən bu xoşagəlməz hadisənin nəticələrindən biri də onun müxtəlif sosial, iqtisadi, mədəni və sağlamlıq böhranları ilə üzləşməsi olub. Psixoloq və Əhvaz şəhərinin keçmiş merinin qadın məsələləri üzrə müşaviri Pune Belram, "Biz yoxsulluğun qadınlar üzərində olan nəticələrini narkomaniya, fahişəlik, evsizlik və işsizlik kimi yoxsulluğun feminizasiyası adlandırırıq", deyib. Köçkünlük və evsizlik, küçələrdə sərgərdan gəzmək, fahişəlik, intihar və narkotik aludəçiliyi, cəmiyyətin qadınların vurduğu zərərlər günü-gündən artır.

Bunlar yoxsulluğun qadınlaşması fenomeninin gündən-günə artdığının göstəriciləridir.

Tehran Ticarət Palatasının iqtisadi məsələlər üzrə sədr müavininin 2018-ci il hesabatına əsasən, ölkədəki 40 milyon 200 min qadından 28 milyonu passivdir. Bu statistikanı artan boşanma statistikası və ərsiz qadınlarla birləşdirildikdə məlum olacaq ki, boşandıqdan sonra iqtisadi fəaliyyəti və gəlir mənbəyi olmayan evdar qadınlar sonsuz bir yoxsulluq dövrünə girirlər. Onların sayının koronavirus (Kovid-19) epidemiyasından sonra artan sinfi boşluqlarını və əsas resurslara çıxışın məhdudlaşdığını nəzərə alsaq, arta biləcəyi təxmin edilir. Təkcə Əhvazda konteynerlərdə yaşayan 2700 evsiz qadın var.

İranın “paytaxt cənnətidir”

İranda sosial siniflər arasında iqtisadi fərqlər son illərdə artıb və İranın super zəngin təbəqəsi Qərbi Asiya regionunda ən böyük sinfə çevrilib. Ölkənin ən məşhur qida məhsulu olan düyünü qiyməti 100 min tüməni (təxminən 2,37 dollar) keçdiyi üçün İranda bir çox yoxsul insan bu qidanı artıq ala bilmir.Bu o deməkdir ki, İranda təxminən 3,5 milyon tümən olan minimum əmək haqqı yalnız 35 kilo İran düyüsünə çatır.

İranın ən mühüm iqtisadi monitorinq mərkəzlərindən biri olan “Ticarət Akademiyası”nın “Tejarat News” saytında dərc olunan hesabata görə, rəqəmlər İrandakı zəngin təbəqənin digər ölkələrdəki zənginlərə nisbətən daha az vergi ödədiyini göstərir. Bu, İranı vergi ödəmədən böyük gəlirlər əldə edə bilən varlılar üçün cənnət edir.

Mühafizəkar rəsmi “Jomhouri-e Eslami” qəzeti də İranda varlılar və kasıblar arasındakı iqtisadi uçurumu tənqid edərək, 1979-cu il inqilabından sonra yaranan İslam rejiminin sosial təbəqələr arasındakı uçurumun genişlənməsinə şahidlik etməməsi lazım olduğunu vurğulayıb.

Forbes jurnalının dərc etdiyi hesabatda təxminən 250 min iranlının bir milyon dollar sərvətə sahib olduğu bildirilir. Bu İran valyutasının 2022-ci ilin yanvar ayına olan məzənnəsinə görə, 30 milyard tümənə bərabərdir. Belə ki, İran sərvəti bir milyon dollardan çox olan insanların sayına görə, dünya ölkələri siyahısında 14-cü yeri tutduğu halda, Qərbi Asiya regionu ölkələri arasında birinci yerdədir.

Fransanın Capgemini şirkətinin son qlobal sərvət hesabatına əsasən, İran 2020-ci ildə yüksək xalis sərvət baxımından dünyada ən böyük artımı qeyd edib.

Ən azı 250 min milyonçusu olan İran dünya üzrə milyoncular arasında 3 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Beləliklə, bu ölkədəi milyonçuların sayı İspaniya, Rusiya və Braziliyadakı milyonçuların sayından çoxdur.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar