Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış vəkil: "Əhəd Abıyevin hərəkətləri qeyri-etikdir"

Xəbər verdiyimiz kimi, Demokrat.az-a Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsi barədə məlumat daxil olub...

Demokrat.az xəbər portalı məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinə "KİV haqqında Qanun"un tələblərinə uyğun şəkildə informasiya sorğusu göndərsə də, sorğuya nəinki mahiyyəti üzrə cavab verilib. Əksinə, Daşkəsən rayon İcra Hakimiyyəti və onun başçısı Əhəd Abıyev bütövlükdə mediaya təhdid və təhqir dolu müraciət ünvanlayıb.

Tanınmış vəkil Ceyhun Yusifov sözügedən məsələdə “Demokrat.az” saytını müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq haqlı sayır:

“Jurnalist “KİV haqqında Qanun”un tələblərinə uyğun olaraq, informasiya vermək hüququna malikdir və bu hüquqdan da istifadə edib. Bu gün respublikada ən obyektiv saytlardan, öndə olan saytlardan biri “Demokrat.az”dır. Hesab edirəm ki, bu gün onun fəaliyyətinə bu və digər formada qanunsuz müdaxilə, dövlətin “Kütləvi İnformasiya Vasitələrinin inkişafı” siyasətinə tam şəkildə ziddir. Məmur olaraq, hədə-qorxu gəlməkdənsə, daha təmkinli reaksiya versə, daha doğru olardı”.

Bundan başqa, vəkil, saytın haqq işində müdafiəsinə hər zaman hazır olduğunu xüsusi vurğulayıb:  “Vəkil olaraq hüquqi müstəvidə hər zaman “Demokrat.az” saytının haqlı, Kütləvi İnformasiya Vasitəsi kimi nüfuzunu yüksəkliyə qaldıran media kimi hər zaman onun müdafiəsinə hazıram. Hesab edirəm ki,  Əhəd Abıyevin etdiyi hərəkətlər tam şəkildə qeyri-etikdir və bununla da bağlı hüquqi baxımdan da tam şəkildə “Demokrat.az” saytının təmənnasız müdafiəsinə hazıram”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ən çox oxunanalar