Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Ukrayna Silahlı Qüvvələrinin “Qavqaz” limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə hücumundan sonra batmış 17 nəfər sudan xilas edilib...

İki ekipaj üzvünün taleyi isə hələ ki, məlum deyil.

APA xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz “Telegram” kanalında bildirib.

“Hazırda 17 ekipaj üzvü xilas edilib, qalanların xilas edilməsi üçün əməliyyatlar davam etdirilir. İki nəfərin də tapılmasına ehtiyac var. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasında göstərdikləri operativliyə görə təcili yardım xidmətinə təşəkkür edirəm”, - deyə o bildirib.

***

“Qavkaz” limanında hücuma məruz qalan gəminin 15 ekipaj üzvünün taleyi məlum deyil.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra yanacaq çənləri olan “Korno Treyder” bərəsində olan 15 nəfər yoxa çıxıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb. Bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.

Onlar əlavə ediblər ki, limanın özündə yanğın yoxdur.

***

Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahından bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.

O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.

Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ən çox oxunanalar