Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış məqçini öldürən həyat yoldaşı: “Evə qadın gətirirdi, dözə bilmədim”

Hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb...

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əfsanə Qalabəyli ifadə verib.

O, ifadəsində idmançı ərini uzun illər davam edən psixoloji və fiziki işgəncələrdən bezərək öldürdüyünü deyib.

İttiham olunan şəxsin sözlərinə görə, həyat yoldaşı ona zülm edib:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, “yaxşı eləyirəm”. Dözə bilməyib öldürdüm”.

Məhkəmədə ittiham olunan şəxsin 13 yaşlı oğlu da dindirilib. Azyaşlı şahid də anasının dediklərini təsdiq edib:

“Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”.

İş üzrə zərərçəkmişin hüquqi varisi qismində qətlə yetirilən Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə gəlinindən şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışırmış.

pia.az


Etiket: məşqçi qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Ən çox oxunanalar