Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taliban Əfqanıstanda siyasi partiyaları qadağan edib...

Əfqanıstana nəzarət edən Taliban ölkədə siyasi partiyaların fəaliyyətinə tam qadağa qoyub...

Poliqon xəbər verir ki, Talibanın ədliyyə naziri Əbdül Hakim Şərai “Hökumətin xalq qarşısında cavabdehliyi” televiziya proqramında çıxış edərək ölkədə partiyaların siyasi fəaliyyətinin tamamilə qadağan olunduğunu bildirib. Bu barədə Aamaj News Agentliyi məlumat yayıb.

“Siyasi partiyaların fəaliyyətinin şəriət əsası yoxdur, onlar millətin və xalqın maraqlarına cavab vermir”, deyə Şarayi bildirib.

Qeyd edək ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 73 siyasi partiya olub. Taliban hakimiyyətə gəldikdən sonra siyasi partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib və hazırda başqa ölkələrdə yaşayır.

Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda ABŞ qoşunlarnın bu ölkəni tələsik tərk etməsindən sonra Əfqanıstanı ələ keçirib. İndiyədək Taliban hökuməti dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayıb və onların liderləri BMT-nin sanksiya siyahısındadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar