Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülər cərimələnir: Sürət həddi 70 qoyulub, radar 60-ı çəkib - İddia

Goranboyda bir yolda sürət həddini göstərən yol nişanı dəyişdirilib...

Lakin sürəti ölçən texniki vasitələr yeni nişanın tələbinə uyğun uyğunlaşdırılmayıb. Ona görə də sürücülərə cərimə gəlib.

Bəs indiyə qədər cərimə edilən sürücülərin aqibəti necə olacaq? Onların ödədikləri cərimə pulları geri qaytarılacaqmı?

Xezerxeber.az-ın məlumatına görə, sürücülərin narazılığına səbəb olan radar Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisində quraşdırlıb.

Burada yol nişanı dəyişsə də, sürücülər köhnə qaydaya uyğun cərimələnir.

Sürət həddi saatda 70 kilometr göstərildiyi halda sürücülər qaydalara uyğun olaraq hərəkət ediblər. Lakin buna baxmayaraq radara düşüb cərimələniblər.
Sürücü Yasin Nəbiyev bildirib ki, əvvəl həmin radardan öndə saatda 60 kilometr sürət işarəsi qoyulmuşdu. Bir müddət sonra isə həmin sürət həddini göstərən işarə 70-lə əvəzəndi. Amma radarın sürəti ölçməsi isə saatda 60 kilometrdə qalıb. Ona görə də orada 71-73-75 km/saatla hərəkət edən sürüclər cərimələnir.

Həmin yolda hərəkət edən marşurt sürücləri də radarın düzgün işləmədiyini iddia edirlər. Radara çatmadan öncə qoyulan 70 işarəsinin onları çaşdırdığını və nəticədə cərimə olunduqlarını bildirirlər.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, həmin ərazidə məsuliyyətə cəlb olunanlar Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət edə bilərlər.

Ətraflı süjetdə:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay