Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda Dövlət Müstəqilliyi günü qeyd olunub


18 oktyabr 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə hazırlanmış Dövlət Müstəqilliyi gününə həsr olunmuş konfrans keçirilib


Konfrans iştirakçıları əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkında  Ulu Öndərin abidəsini  ziyarət etdilər, abidənin önünə tər gül dəstələri qoydular. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra  Mərkəzin elektron lektoriya zalında tədbir davam etdi.

Dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları “Müstəqillik” filminə tamaşa etdilər. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransı giriş sözü ilə açaraq  Azərbaycan xalqının illər uzunu özündə yaşatdığı istiqlal ideyasının kerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmləndirilməsində  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər  Heydər Əliyevin tarixi rolu haqqında geniş məruzə ilə çıxış etdi.

  İlqar Abbasov məruzəsində qeyd etdi ki, Dövlət Müstəqilliyi haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə etmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Azərbaycan tarixində yeni mərhələ başladı.

Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. 

Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 279 saylı tam orta məktəbin tarix müəllimi Ofelya Musayeva və   Milli Məclisin deputatı Sevinc Fətəliyeva müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və Azərbaycanın müstəqilliyi qazanması və onun qorunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu  haqqında danışdılar.

Çıxışlarda  vurğulandı ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin praqmatik siyasəti və yüksək  idarəçilik qabiliyyəti ilə Azərbaycan dinamik inkişafını davam etdirir, zaman keçdikcə Dünyada Azərbaycanın siyasi çəkisi artır, iqtisadi cəhətdən qüdrətlənir və zəngin  mədəni irsini dünyaya tanıdır. Müstəqillik yolu Azərbaycan xalqını firavan gələcəyə aparır.








      


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar