Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtı bürüyən qatı tüstü nə vaxta qədər davam edəcək? - Video

Bir neçə gündür sosial şəbəkələrdə Sumqayıtın havasının çirkləndirilməsi ilə bağlı məlumatlar yayılıb.

Sakinlərin sözlərinə görə, buna səbəb şəhərin məişət tullantıları poliqonundan, eləcə də bir sıra zavodlardan çıxan tüstülərdir.

Apardığımız müşahidələrdən belə nəticəyə gəlmək olar ki, Sumqayıta çirkli hava bir neçə istiqamətdən daxil olur. Onlardan biri Bakı-Quba yolunun 30-cu kilometrliyində yerləşən məişət tullantıları poliqonudur ki, burada tez-tez yanğınlar baş verir və oradan çıxan zəhərli tüstü əsasən şəhərin girişini, Stansiya Sumqayıt ərazisini və Yaşıldərəni əhatə edir. Digər ehtimal isə 2018-ci ildən istifadəyə verilən əlvan metallar və ferroərintilər zavodudur ki, həmin zavodun borusundan havaya zəhərli tullantı buraxılır. Bu müəssisə hətta atmosferə müəyyən olunmuş həcmdən artıq tullantı buraxdığı üçün ötən il iki dəfə cərimələnib.

Keçmiş avtobaza ərazisində kabel, metal əridən sex də var ki, buranın da sənaye şəhərinin havasının çirkləndirilməsində rolu var. Sexdə rezin, kauçuk, kabel və metal əridilir ki, həmin tüstü, iy şəhərin əsasən Sülh küçəsinin və “Göyərçin” abidəsinin ətrafına yayılır.

Mövcud problemdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də xəbərdardır.

ETSN-in Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, illərdir cərimələr tətbiq olunsa da, nəticə dəyişməyib.

Sumqayıt üçün böyük təhlükə olduğundan məsələ artıq hüquq mühafizə orqanlarının nəzarətində olmalıdır. Təqsiri olan şəxslər ciddi cəzalandırlmalıdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar