Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub - Yenilənib

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində qadının qətlə yetirilməsinin bəzi təfərrütları məlum olub...

APA-nın Sumqayıt müxbirinin xəbərinə görə, qətlə yetirilən 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının 3 övladı var. Qadın qızı ilə birgə yaşayırmış. Məlumata görə, qadının oğlu bacısıgilə gedib, qapını anası açıb. O, anasını orada qətlə yetirib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Poliqon-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Sumqayıt şəhər prokurorluğundan verilən xəbərə görə, fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar