Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt icra başçısının əmisi oğlu qadına hücum etdi

Sosial şəbəkələrdə Sumqayıtda kameraya çəkilmiş qalmaqallı video sürətlə yayılmaqdadır

Həmin videoda bir kişi küçənin ortasında qadına hücum edib onu təhqir edir.

Məlumata görə, qəzəblənmiş kişinin sükanı arxasında olduğu avtomobil qadının idarə etdiyi başqa bir maşınla toqquşub.

Hadisədən sonra kişi maşından çıxaraq qadına hücum edib və onu küçə soyuşləri ilə təhqir edib, zərbə endirəcəyi ilə hədə-qorxu gəlib. Bu video minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib.

Yerli nəşrlərdən birinin jurnalisti videonun “qəhrəman”ının şəxsiyyətini müəyyənləşdirə bilib. Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər. Təsadüf deyilmiş - belə ki, bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcov imiş.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurları və onların ailə üzvlərini sadə olmağa və vətəndaşlarla hörmətlə davranmağa çağırıb. Ələlxüsus, dövlət başçısı məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar.

Nazirlər Kabinetinin iclaslarından birində çıxış edərkən Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etmişdi ki, bəzi vəzifəli şəxslərin uşaqları özlərini həyasızcasına aparır, insanları təhqir edir, özlərini idarə edə bilmirlər: “Onlara cəmiyyətdə bu statusu kim verib?! Onların ümid etdikləri şəxsləri vəzifəyə mən təyin etmişəm. Lazım bilsəm, elə özüm də vəzifədən azad edəcəyəm. Əgər bir də eşitsəm ki, hansısa ailənin üzvü xuliqanlıq edir, özünü nalayiq aparır, həmin adam həbs ediləcək, atası isə vəzifəsindən uzaqlaşdırılacaq. Qoy bunu hamı bilsin!” – İlham Əliyev bildirmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar