Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Mütəllibovun buna qarşı çıxmağa gücü çatmazdı”

"Ayaz Mütəllibov yalnız o mənada haqlıdır ki, dövlət müstəqilliyi onun prezidentliyi dövrünə təsadüf edib"

"O dövrdə Mütəllibovun buna qarşı çıxmağa gücü çatmazdı".

Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, istiqlalçı deputat Sülhəddin Əkbər sabiq prezident Ayaz Mütəllibovun “müstəqilliyi təmin edən şəxs mən olmuşam” fikrini şərh edərkən deyib.

Sülhəddin Əkbər əlavə edib ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin milli azadlıq hərəkatının qələbəsi olduğu heç kimə sirr deyil:

“Milli azadlıq mübarizəsinin hərakatverici qüvvəsi Azərbaycan xalqı, onun liderliyini edən isə Azərbaycan Xalq Cəbhəsi və onun parlamentdəki təmsilçiləri, Demokratik Azərbaycan Blokudur. Bu artıq tarixdir və kimsəninsə bunu dəyişməyə gücü yetməz. Sadəcə formal olaraq həmin dövrdə qəbul olunan Konstitusiya Aktında Mütəllibovun imzası var”.

S. Əkbər qeyd edib ki, Mütəllibovun indinin özündə belə Azərbaycanın müstəqilliyini tərəfdarı olmasına şübhə edir: “Onun son çıxışı açıq göstərir ki, SSRİ-nin dağılmasına heyfslənir”.


S. Əkbər əlavə edib ki, 1991-ci ildə Azərbaycanda baş verən proseslərlə Mütəllibovun indi söylədiyi fikir arasında ciddi fərq var:

“Demokratik Azərbaycan Bloku, insanlar müstəqillik uğrunda mübarizə aparanda Ayaz Mütəllibov 1991-ci ilin martında yenilənmiş SSRİ-nin saxlanılması üçün referendum keçirirdi. Biz etiraz olaraq parlamentdə aclıq aksiyası keçirirdik. Sovet əsgərləri bizi oradan zorla çıxardılar. Nəhayətdə “QKÇP”-ni cəmi iki respublika rəhbəri dəstəkləmişdi ki, onlardan biri Mütəllibov idi. Bunları əsla unutmamalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Ən çox oxunanalar