Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh üçün “Amerika yolu” - Ermənistan Qarabağı Azərbaycan ərazisi tanımayana qədər münaqişə davam edəcək...

Amerikanın nüfuzlu The Wall Street Journal qəzetində Azərbaycan-Ermənistan münaqişəsinə həsr olunan məqalə dərc olunub...

Müəllif: Maykl Doran
ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru

“Bu həftə ABŞ-ın Dövlət Katibi Entoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iki ölkə arasında sülh sazişinə vasitəçilik etmək üçün son cəhdlə bağlı danışıqlar aparır.

Blinken tərəfləri bir neçə gün ərzində praktiki olaraq Amerika vasitəçiliyindən müsbət nəticələr gözləyə biləcəklərinə hazırlayıb. Bu plan Vaşinqtonun vasitəçi rolunun əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir.

2022-ci ilin noyabrında Blinken Mirzoyan və Bayramovu da qəbul edib. İndi o, başa düşür ki, Vaşinqtonun təsiri olmadan Rusiyaİran Ermənistanla Azərbaycan arasında sülh prosesini poza bilər.

2020-ci ildə Azərbaycan İkinci Qarabağ müharibəsində əzmkar qələbə qazanaraq ərazisinin böyük hissəsini geri alıb. Lakin hərbi əməliyyatların son günlərində Azərbaycanın suveren ərazisi olan Qarabağda Rusiya sülhməramlıları peyda oldu.

Putin Azərbaycanla Ermənistan arasında danışıqları da təşkil edir. Məsələnin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldırardı. Məhz onlar Putinin regiona əsas təsir alətlərindən biridir.

Bu arada, Rusiyanın Ermənistanda da hərbi varlığı var və burada ən azı üç Rusiya bazası yerləşir. Rusiyahərbiçiləri Ermənistan sərhədlərinin əsas hissələrini, üstəlik, Rusiya hərbçiləri respublikanın hava məkanına tam nəzarət edir.

Ermənistandan fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev ölkəni Moskvanın nəzarətindən çıxarmaqda diqqətəlayiq uğur qazanıb. Bakının neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri qoruyan Əliyev Türkiyə və İsraillə də müdafiə sahəsində əlaqələrini gücləndirib. Bu əlaqələr Azərbaycan ordusunun heyrətamiz sürətlə güclənməsinə kömək edib. Onların İkinci Qarabağ Müharibəsində göstərdikləri güc həm Moskvada, həm də Tehranda bir çox təcrübəli müşahidəçiləri şoka salıb.

Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Onun Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə narahat edir. İran əhalisinin ən azı beşdə birini təşkil edən və fars olmayan ən böyük etnik qrup olan Güney Azərbaycanlılar da İran rejimini qorxudur.

Hazırda Tehran, Moskva və İrəvan Türkiyə-İsrail-Azərbaycan qrupunu neytrallaşdırmaq üçün nəzərdə tutulmuş üçtərəfli alyansa çevrilib. Bu üçbucaq sülh danışıqlarını pozmağa çalışır. Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiya sahəsində ciddi səylər göstərən Fransa prezidenti Emmanuel Makron da kömək edir. Üstəlik, Makronun hərəkətləri birmənalı olaraq Azərbaycanın yox, Ermənistanın xeyrinədir.

Fransada böyük erməni diasporu var. Onun təsiri və Makronun beynəlxalq arenada ekssentrik təşəbbüslərə meyli sayəsində Paris, ümumiyyətlə, Rusiyaİranın Cənubi Qafqazda təsirini artıran mövqe tutub ki, bu da bizi Blinkenin dəyişkən baxışlarına qaytarır. Noyabr ayında Makron özünü Şarl Mişelin rəhbərliyi altında Avropa vasitəçiliyi kimi görürdü. Bununla belə, Makron Mişelə təzyiq göstərərək özünün danışıqlarda iştirakını təmin etmək istədi. Bu, Avropa vasitəçiliyinin Bakının gözündə qeyri-legitim olmasına gətirib çıxardı.

Blinken indi etiraf edir ki, sülh üçün “Amerika yolu” Ermənistanı yola gətirmək və bununla da Rusiya-İran ittifaqı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün yeganə əlverişli yoldur.

Danışıqlarda əsas maneə Qarabağ bölgəsinin statusudur. Ermənistan bu regionu suveren Azərbaycan ərazisi kimi tanımayana qədər münaqişə həll olunmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bu addımı atmağa hazır görünmür.

Putin Qarabağ ermənilərindən “piyada fiqur” kimi istifadə edir. Gürcüstandakı Cənubi Osetinlər və Abxazlar və ya Ukraynadakı Rus icmaları kimi Qarabağ da Rusiya imperializmi üçün guya humanitar əsasdır.

İrəvan özünə gəlsə və sülh üçün qapı açsa, ABŞ və müttəfiqləri Rusiya qoşunlarına arxalanmadan onunla və Bakı ilə birgə Qarabağ ermənilərinin rifahını təmin edə bilər. Təəssüf ki, Blinken üçün senator Menendes və konqresmen Şiff kimi ABŞ-dakı erməni diasporunun bir çox nüfuzlu dostları İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər.

Blinken geostrateji pçağırışları anlayır və ağıllı oyun oynayır. Lakin Ermənistanın Demokrat Partiyası daxilindəki dostları onu çaşdıracaqmı? Yaxın bir neçə gün bizə bu sualın cavabını tapmağa imkan verəcək”.

Tərcümə Poliqon-a aiddir...

Polqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay