Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edib...

Poliqon xəbər verir ki, şəhərin tarixi “Motsart” konsert salonunda reallaşan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini vurğulanıb. Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təməlqoyma mərasiminin keçirilməsi barədə məlumat verilib.

Daha sonra Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay