Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şri-Lankada partlayışlar nəticəsində həlak olan əcnəbilərin sayı açıqlanıb

Həlak olan 42 əcnəbinin adını açıqlayıb

Şri-Lanka Xarici İşlər Nazirliyi aprelin 21-də baş vermiş silsilə partlayışlar nəticəsində həlak olan 42 əcnəbinin adını açıqlayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, nazirlikdən, həmçinin 12 əcnəbinin itkin düşənlərin siyahısında olduğu və onların şəxsiyyəti müəyyən edilməmiş cəsədlərin arasında ola biləcəyi bildirilib.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250-260 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.

Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tövhid camaatı” qruplaşmasının üzərinə qoyub. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı hələlik heç bir sübut təqdim etməyib. Hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda ada dövlətinin ərazisində İŞİD-in 130-140 üzvü fəaliyyət göstərir.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən onlarla insanı saxlayıb. Təhqiqatın versiyasına görə, hücumda 9 kamikadze iştirak edib, onlardan 8-nin şəxsiyyəti müəyyən olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib

Ən çox oxunanalar