Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - Foto

Mayın 3-də ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub...

Milli Məclsin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Poliqon-a verilən xəbərə görə, qonaqlar əvvəlcə Füzuli şəhərinə gələrək burada Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və Füzuli Şəhər Aeroportu ilə tanış olublar, Füzuli şəhərinin qalıqlarına baxıblar.

Daha sonra Şuşa şəhərinə gələn malayziyalı parlamentarilər burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisinə tamaşa ediblər.

Sonra qonaqlar Şuşada Şəhər Meydanında, Yuxarı Gövhər ağa məscidində, Cıdır düzündə və İsa bulağında olublar, Şuşanın Qala divarlarını seyr ediblər.

Malayziya parlament nümayəndə heyətini Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvü İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Ən çox oxunanalar